Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi.[1]
Vilayət | |||
Astrabad vilayəti | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Astrabad | ||
Rəsmi dilləri |
Azərbaycan türkcəsi Fars dili |
Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər.[1]
1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər. Müvəqqəti olaraq vilayətdə hakimiyyətə sahiblənmiş Saen-xanilərin bu bacarmasının əsas səbəbi həmin zaman effektiv Səfəvi hakimiyyətinin olmaması idi.[2] Onların hakimiyyəti I Abbasın dövrünə qədər davam etdi. 1587-ci ildə hakimiyyətə gələn I Abbas mərkəzləşdirmə siyasətinin bir parçası kimi vilayətə yürüş etdi və vilayətdə mərkəzi hakimiyyəti bərpa etdi. Vilayəti inkişaf etdirmək və vergi gəlirlərini artırmaq üçün Səfəvi imperiyası hələ də fərqli türk tayfalarını bu bölgəyə cəlb etməyə çalışırdı. Astrabadın Səfəvi hakiminin hakimiyyəti bəzən vilayətin sərhədlərindən də kənara çıxırdı və Damğan, Bəstam kimi bölgələri də əhatə edirdi.[3]