Səfəvi Kürdüstanı

Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyiSəfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir.[1]

Bəylərbəyiliyi
Səfəvi Kürdüstanı
ولایت شیروان‎
Bayraq
Bayraq
XVIII əsrdə bölgənin xəritəsi.
XVIII əsrdə bölgənin xəritəsi.
 

Paytaxt Mərivan (?–?)
Həsənabad ?–1636/37)
Sənəndəc (1636/37–1736)
Rəsmi dilləri Azərbaycan türkcəsi
Fars dili
Kürd dili

1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi.[2]

Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər.[3][4] Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu. Məsələn, 1680-ci illərdə vilayətə Şah Süleyman tərəfindən yerli şəxslərdən olmayan məmurun vali təyin edilməsi qarşıdurmaya səbəb olmuş və sonda həmin vali vilayətdən qovulmuşdu.[5] Çox zaman valilər yerli kürd sülaləsi olan Ərdəlan sülaləsindən təyin edilirdi. Bu ailə yerli kürd tayfaları konfederasiyası içində lider idi. Qeydə alınmış nümunələr sübut edir ki, XVII əsrdən əvvəl Səfəvi sülaləsi bu sülalədən olan hakimlərin işlərinə az hallarda müdaxilə edirdilər. Hər bir halda, onlar bir hakim öldükdən sonra onun yerinə göz dikmiş namizədlər arasında birini dəstəkləyirdilər.[6]

Bölgənin hakimi və ya bəylərbəyisi yerli hakim sülaləsi olan Ərdəlan sülaləsindən seçilsə də, bəylərbəyiliyinə hakim olaraq təyin edilmiş xeyli sayda türk-qızılbaş tayfası mənsubu vardır. Bunlara misal olaraq Qeyb Sultan Ustaclını, Sulağ Sultan Təkəlini, Teymur xan Acarlı Şamlını, Həsənəli xan Şamlını, Hüseynəli xan Şamlını göstərmək olar. Sonuncu iki hakim Səfəvi imperiyasınnı baş vəziri olan Məhəmməd Mömin xan Şamlının oğlanları olmuşdurlar.

Kürdüstan bəylərbəyliyinin ərazisi və onun valilərinin səlahiyyətləri Səfəvi-Osmanlı müharibəsini bitirən 1639-cu il Qəsri Şirin süh müqaviləsindən sonra azaldı. Bu vilayətin qərb torpaqları Osmanlı imperiyasına verildi. Buraya Şəhrizor, Qaradağ, Qəzəlcə, Sarutçek, Kərkük, Rəvandüz, Amadiyə, Köysancaq, Harur və Avramanın qərb bölgəsi daxil idi. Beləliklə, Kürdüstanın əhatəsi indi Sənəndəc, Mərivan, şərqi Avraman, Banə, Saqqız, Cavanrud və Caf konfederasiyasının bir hissəsi ilə məhdudlaşdı. Bu həm də Şəhrizor və Dinavar kürd bəyliklərinin süqutuna səbəb oldu.[7]

Səfəvi imperiyasının süqut etməsinə az qalmış dövrdə vilayət bu inzibati vahidlərə, həmçinin öz növbəsində vassal hakimliklərə bölünürdü: Avraman, Banə, Bəxtiyari, Cavanrud, Xurxurə və Luristan-e Feyli.[8]

Hakimlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Burada bəylərbəyliyini və ya onun bir hissəsini idarə etməsi ilə tanınan şəxslərin siyahısı verilmişdir.[9] Bu şəxslərə eyni zamanda həm bəylərbəy, həm hakim və həm də vali də deyilməkdə idi.[10]

Dövr Bəylərbəyi/Hakim/Vali Qısa məlumat
1508–1536 Begə bəy Ərdəlan Vali, hakim və ya bəylərbəyi.
1536–1539 Məmun bəy Ərdəlan Begə bəy Ərdəlanın oğlu.
1540 Sultan Əli Betliç Hakim və ya bəylərbəyi.
1540–1568 Sorxab bəy Ərdəlan Məmun bəy Ərdəlanın oğlu.
1568 Qeyb Sultan Ustaclı Kürdüstan və Luristan bəylərbəyliklərinin hakimi. Kürdlər yaşayan vilayətin türk Ustaclı tayfasına mənsub hakimi.
1568–1571 Sultanəli bəy Ərdəlan Sorxab bəy Ərdalanın oğlu.
1571–1578 Besat bəy Ərdəlan Əvvəlki hakimin qardaşı.
1576 or 1557 Sulağ Sultan Təkəli Kürdüstan bəyləebəyliyinin və Həmədanın bir hissəsinin hakimi. Kürdlər yaşayan vilayətin türk hakimi.
1578 İsgəndər Ərdəlan Palanqan hakimi.
1578–1590 Timur xan Soltan Əli bəy Ərdəlan Həsənabad və Palanqan hakimi.
1590–1617 Halov xan Ərdəlan Əvvəlki hakimin oğlu.
1617–1637 Xan Əhməd xan Ərdəlan Əvvəlki hakimin oğlu. Kürdüstan bəylərbəyliyi ilə yanaşı hərbi dairələrdə də çalışmışdır.[6]
1637–1657 Süleyman xan Ərdəlam Əvvəlki hakimin əmisinin oğlu.
1657–1678 Kəlbəli xan Ərdəlan Əvvəlki hakimin oğlu.
1680–1682 Xosrov xan Ərdəlan Bəylərbəyi.
1682–1688 Teymur xan Acarlı Şamlı Şamlı qızılbaş tayfasından olan bəylərbəyi.[11][12]
1688–1694 II Xan Əhməd xan Ərdəlan Beglerbeg of Kurdistan
1694–1702 Məhəmməd xan Ərdəlan Beglerbeg of Kurdistan
1702–1705 Məhəmməd xan Gürci Beglerbeg of Kurdistan
1705–1707 Həsənəli xan Şamlı Qızılbaş-türk tayfası olan Şamlılardan Kürdüstan bəylərbəyi. Eyni zamanda Səfəvi imperiyasının baş vəziri olan Məhəmməd Mömin xan Şamlının oğludur.
1707–1709 Hüseynəli xan Şamlı Qızılbaş-türk tayfası olan Şamlılardan Kürdüstan bəylərbəyi. Eyni zamanda Səfəvi imperiyasının baş vəziri olan Məhəmməd Mömin xan Şamlının oğludur.
1709–1711 Kay Xosrov bəy Bəylərbəyi
1710–1724 Abbasqulu xan Ərdəlan Bəylərbəyi
1717–1720 Əliqulu xan Ərdəlan Bəylərbəyi
1730–1736 Sübhanverdi bəy Ərdəlan Bəylərbəyi
  1. Floor, 2008. səh. 225–227
  2. Khafipour, 2021. səh. 123 (note 20)
  3. Matthee, 2011. səh. 143–144. For the meaning of vali, see p. 258
  4. Matthee, 2015. səh. 443
  5. Matthee, 2011. səh. 144
  6. 1 2 Yamaguchi, 2021. səh. 565
  7. Floor, 2008. səh. 227
  8. Floor, 2008. səh. 134, 227
  9. Floor, 2008. səh. 227–228
  10. Floor, 2008. səh. 124
  11. Floor, 2008. səh. 228
  12. Matthee, 2015. səh. 448
  • Yamaguchi, Akihiko. The Kurdish frontier under the Safavids // Matthee, Rudi (redaktor). The Safavid World. Routledge. 2021. 556–571.
  • Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008. ISBN 978-1933823232.
  • Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. London: I.B.Tauris. 2012. ISBN 978-1-84511-745-0.
  • Matthee, Rudi. "Relations between the Center and the Periphery in Safavid Iran: The Western Borderlands v. the Eastern Frontier Zone". The Historian. 77 (3). 2015: 431–463. doi:10.1111/hisn.12068.
  • Hani Khafipour. Beyond charismatic authority in Matthee, Rudi (ed.). The Safavid World. Routledge. pp. 111–124. Routledge. 2021.