Hohenager gəvəni (lat. Astragalus hohenackeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Hohenager gəvəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Hohenager gəvəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
İlk dəfə Azərbaycanın Zuvand sahəsində təsvir еdilmişdir. Şimali və Qərbi İranda yayılmışdır.
9-25 sm hündürlükdə, yastıqvari, budaqları qısa tikanlı, yarpağını tökən kolcuqdur. Yarpaqları 5-7 cüt, xətvari-neştərşəkilli olub, 6 mm uzunluqdadır. İyun ayında çiçəkləyir.
Quru, daşlı yamaclarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Lənkəranın Diabar sahəsində rast gəlinir.
Tərkibində qatran vardır. Yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında istifadə oluna bilər.