Astragalus compactus

Astragalus compactus (lat. Astragalus compactus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Astragalus compactus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda və Azərbaycanda təbii halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarpağını tökən koldur. Kolları qısa budaqlıdır. Yarpağı seyrək tüklü, azca əyilmiş, 2-3,5 sm uzunluqda olub, tikanlıdır. Yarpaqcıqların miqdarı 3-4 cüt olub, xətvari, 8–16 mm uzunluqda, 1–2 mm enindədir. Tikanların ucu şişdir. Birillik budaqların üzərindəki yarpaqların qoltuğunda 3 çiçəkdən ibarət, başcıq formalı çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı xətvarı, 7- uzunluğunda olur. Kasacığı ağ tüklüdür. Tacı sarı rənglidir. Ləçəkləri 1,4-1,5 sm uzunluğunda, 4- enində olub, yumru qulaqcıqlıdır. Meyvəsi uzunsov və tüklüdür. İyul ayında çiçək açır. Toxumla çoxalır.

Orta dağ qurşağının daşlı yamaclarında və əhəngli yerlərdə rast gəlinir. Dəniz səviyyəsindən 1000–1200 m hündürlükdə bitir. Quraqlıq sevəndir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da Ordubad rayonu dağlarının ən yüksək alp çəmənliklərində, quru, daşlı yamaclarda, dar bir arealda yayılmışdır. Azərbaycanın nadir bitkisi olaraq, "Qırmızı kitab"a salınması tövsiyə edilir.

Gövdəsində qatran vardır, yaşıllaşdırmada istifadə olunmur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astracantha compacta (Lam.) Podlech
  • Tragacantha compacta (Lam.) Steven

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astracantha insidiosa (Boriss.) Podlech
  • Astragalus insidiosus (Boriss.) Boriss.
  • Astragalus knappii Bornm.
  • Astragalus strictifolius f. intermedius Širj.
  • Astragalus strictifolius var. kutepovii Širj.
  • Astragalus strictifolius subsp. kutepovii (Širj.) Ponert
  • Tragacantha insidiosa Boriss.