Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü.
Şax astrakanta | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Şax astrakanta |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır.
Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Orta dağ qurşağında, açıq sahələrdə təbii halda yayılmışdır.
Naxçıvan MR Quraquş dağları ərazisində yayılmışdır. Azərbaycanın nadir bitkisidir. Geniş yayılma arealı yoxdur. “Qırmızı kitab”a daxil edilməsi tövsiyə edilir.
Tərkibində qatran vardır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.