Astragalus karabaghensis subsp. vedicus

Vedi gəvəni (lat. Astragalus polyanthus subsp. vedicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus polyanthus növünə aid bitki yarımnövü.

Vedi gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus polyanthus subsp. vedicus Zarre, 2000

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir. Kasacığı uzun tükcüklərlə örtülmüşdür; dişcikləri tükcüklü, borucuqdan uzundur. Çiçək tacı açıq çəhrayıdır; yelkənciyi kasacıqdan uzun, qulaqlı deyil, tədricən daralır. Üzərində nazik, yaşıl, 8 sm-ə qədər uzunluqda tikanları vardır. Paxlası az keçəvari, birtoxumludur. İyun-iyul aylarında çiçəkləyir. Toxumla çoxalır.

Dağların aşağı zolağında, dəniz səviyyəsindən 800-1000 m hündürlükdə, daşlı yerlərdə bitir. Dağlıq bölgələrdə açıq sahələrdə, çınqıllı, daşlı qayalarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan, Ordubad və Qarabağda yabanı halda bitir. Nadir bitkidir, Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi məqsədyönlüdür.

Tərkibində kitrə vardır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astracantha karabaghensis subsp. vedica (Takht.) Podlech
  • Astracantha vedica (Takht.) Czerep.
  • Astragalus karabaghensis subsp. vedicus (Takht.) Takht.
  • Astragalus vedicus Takht.