Astragalus echinops (lat. Astragalus echinops) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT.
Astragalus echinops | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Astragalus echinops |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir.
Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru, daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir. Mezokserofitdir.
Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu-Xəzindərə, Ərəfsə kəndinin ətrafı; Ordubad rayonu – Biləv, Paraqa, Tivi və Bist kəndlərinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı).
Populyasiyanın təbii bərpası azalır və ətraf mühitin mənfi təsirlərinə qarşı həssaslıq müşahidə olunur.
Populyasiyaların azlığı və antropogen təsirlər.
Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.