Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Qılıncvari gəvən | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qılıncvari gəvən |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Kiçik Qafqaz dağlarında yayılmışdır.
30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Orta dağ qurşağında daşlı yamaclarda, açıq quru sahələrdə daha çox rast gəlinir.
Kiçik Qafqaz dağlarının orta dağ qurşağında, Gəncə yaxınlığında kiçik areallarda rast gəlinir. Azərbaycanın nadir bitkisidir.
Tərkibində qatran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.