Asunsyon Domenek

Asunsyon Domenek Domingez (isp. Asunción Domenech Domínguez; 8 iyun 1967, Valensiya) — İspaniya voleybolçusu, toppaylayıcı. O, 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir.

Asunsyon Domenek
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 8 iyun 1967(1967-06-08) (56 yaş)
Doğum yeri
İdman növü voleybol

Həyatı[redaktə | mənbəni redaktə et]

Asunsyon Domenek 8 iyun 1967-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur.

1990–1992-ci illərdə "Xativa"da, 1993–1994-cü illərdə "Mursiya"da, 1998–2000-ci illərdə "Albasete"də çıxış etmişdir.[2][3] 1991-ci ildə "Xativa" ilə İspaniya Superkubokunu, 1994-cü ildə "Mursiya" ilə ölkə çempionluğunu qazanmışdır.[4]

O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, komandası 8-ci yeri tutmuşdur. Domenek toppaylayıcı kimi çıxış etmiş, 4 matç keçirmişdir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Sports-Reference.com (ing.).
  2. "Asunción Domenech » клубы :". Женский Волейбокс (rus). 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  3. "Olympedia – Asunción Domenech". www.olympedia.org. 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  4. "Asunción Domenech » турниры в классическом волейболе :". Женский Волейбокс (rus). 2023-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  5. "Asunción Domenech Bio, Stats, and Results | Olympics at Sports-Reference.com". web.archive.org. 2016-12-03. Archived from the original on 2016-12-03. İstifadə tarixi: 2023-06-16.