Atçılar

AtçılarQars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd.

Kənd
Atçılar
Atcılar
40°46′28″ şm. e. 43°21′28″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət [[Qars ili]]
Rayon [[Arpaçay ilçəsi]]
Kənd nümayəndəsi Hasan Can
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1 620 m
Saat qurşağı
Əhalisi
Əhalisi 269 nəfər (2012)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 36000
Xəritəni göstər/gizlə
Atçılar xəritədə
Atçılar
Atçılar

Tiflis quberniyasının Axalkalaki qəzasında Troitskoye kəndi 1841-ci ildə salınmışdı.[1] 1882-ci ildə Rusiya imperiyasının Qars vilayətinin Zərişad şöbəsində, Qars çayı sahilində Tiflis quberniyasının Axalkalaki qəzasının Troitskoye kəndindən köçürülmüş duxoborlar tərəfindən Novo-Troitskoye (rus. Ново-Троицкое) kəndi salındı.[2] 1918-ci ildə Qars vilayətinin Osmanlı imperiyasının nəzarətinə qaytarılması ilə 1918–1921-ci illərdə duxoborlar bu kənddə yaşamaqdan imtina edərək hazırkı Rusiya FR-nın Rostov vilayətinin Azov rayonuna köçərək orada Novotroitskoye kəndini saldılar. 1921-ci ildə boş qalmış kənd ərazisinə türklər köçürüldü, kəndin adı isə dəyişdirilərək Atcılar (türk. Atçılar) adlandırıldı.[2]

Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 66 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 24 km uzaqlıqda yerləşir.

31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 269 nəfər daimi əhali yaşayır. Kənd əhalisi əsasən kürdlərdən və azərbaycanlılardan ibarətdir.

1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Zərişad şöbəsinin Duxobor kənd cəmiyyətinin Troitskoye kəndində 216 nəfər əhali yaşayırdı, onların hamısını etnik ruslar (duxoborlar) təşkil edirdi.[3] 1 yanvar 1894-cü il tarixinə olan məlumata əsasən milli tərkibi duxoborlardan ibarət kənd əhalisinin sayı artaraq 269 nəfər olmuşdu.[4]

1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Qars vilayətinin Qars qəzasına daxil olan Novo-Troitskoye kəndində əsasən etnik ruslardan (duxoborlardan) ibarət hər iki cinsdən toplam 324 nəfər əhali yaşayırdı.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "стр. 48" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-23.
  2. 1 2 "Nişanyanmap". 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  3. Ethno-Caucasus, Этнодемография Кавказа: Зарушадский участок (1886 г.) Arxivləşdirilib 2015-01-18 at the Wayback Machine
  4. А.И. Клибанов, "История религиозного сектантства в России (60-е годы XIX век-1917)", издательство Наука, 1965 г.,стр. 87 [ölü keçid]
  5. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 167