Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓?, azərb. Atəşböcəklərinin məzarı) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır.
Grave of the Fireflies | |
---|---|
yap. 火垂るの墓 yap. Hotaru no haka | |
Janr | dram |
Əsas mövzu | İkinci Dünya müharibəsi, İkinci dünya müharibəsində Sakit okean cəbhəsi |
Rejissor | İsao Takahata |
Prodüser | Toru Hara |
Əsərin müəllifi | "Atəşböcəklərinin məzarı" (Akiyuki Nosaka) |
Ssenari müəllifi | İsao Takahata |
Baş rollarda |
Tsutomu Tatsumi Ayano Şirayşi |
Bəstəkar | Miçio Mamiya |
İstehsalçı | Studio Ghibli |
Distribütor | Toho[d] |
İlk baxış tarixi | 16 aprel 1988[1] |
Filmin növü | anime |
Müddət | 89 dəqiqə |
Gəlir | 1.700.000.000 ¥, 516.962 $[2], 14.224.827 $ |
Ölkə | Yaponiya |
Dil | yapon dili |
İl | 1988 |
Rəng | rəngli |
IMDb | ID0095327 |
Vikianbarda əlaqəli mediafayllar |
Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir.
Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir.
Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır. Bu an qutudan atəşböcəkləri çıxır və körpə Setsukonun ruhu peyda olur. Setsuko qardaşının stansiyada yerdə hərəkətsiz uzandığını görüb yaxına getmək istəsə də, çiynindən bir əl onu tutaraq saxlayır. Bu Seytanın ruhu idi və onlar bir-birinə baxaraq gülümsəyirlər.
Filmin adının "Grave of the Fireflies", yəni "Atəşböcəklərinin məzarı" olması uşaqların sakuma drops qutusuna atəşböcəkləri yığması ilə bağlıdır. Ümumiyyətlə yaponların sevdikləri məşğuliyyətdən biri iyun ayında atəşböcəyi tutmaqdır. Atəşböcəyi tutmaq istəyənlər gölün, yaxud çayın sahilinə gedirlər. Yaponlar tutduqları atəşböcəkləri gətirib öz bağlarına buraxırlar ya da onları kiçik qəfəsə salıb evlərinin tavanından asırlar. Filmdə Seyta və Setsuko atəşböcəklərini yığıb yaşadıqları mağaranı işıqlandırmaq üçün istifadə edirlər. Səhərisi gün Setsuko böcəklərin öldüyünü görüb onlara məzar qazır. Seyta ona nə etdiyini soruşanda, Setsuko qəbir qazdığını və analarının da artıq qəbirdə olduğunu deyir. Əlavə edir ki, bunu ona xalası deyib. Seyta bacısının xəbərdar olduğuna anlayıb onu analarının qəbrini ziyarət etməyə aparacağını söz verir. Setsuko isə qardaşından atəşböcəklərinin niyə belə tez ölmələrini soruşur.