Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Ataəmi Mirzəyev (tam adı: Ataəmi Bala Baba oğlu Mirzəyev; 25 may1965, Bakı) — Filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünaslıq sahəsində tanınmış füzulişünas alim, mətnşünas, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası nəzdində fəaliyyət göstərən Filologiya elmləri üzrə ekspert şurasının sədri.
1994-cü ildə “Klassik Azərbaycan-türk ədəbiyyatında “Yusif və Züleyxa” mövzusu (ilkin qaynaqlar və onların poetik təcəssümü)” adlı dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
2012-ci ildə “Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
1989-1990-cı illərdə Bakıda 1 saylı internat məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
1994-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin şöbənin baş elmi işçisidir.
2000-ci ildən 6 saylı məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.