Ata qısametrajlı sənədli filmi rejissor Ayaz Salayev tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Debüt" Yaradıcılıq Birliyində istehsal edilmişdir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.
Ata | |
---|---|
Fayl:Ata (film, 1988).jpg | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Ayaz Salayev |
Ssenari müəllifi | Ayaz Salayev |
Operator | Yuri Varnovski |
İstehsalçı | "Debüt" Yaradıcılıq Birliyi |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 49 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1988 |
Texniki məlumatlar |
5 hissə 1380 metr |
Rəng | rəngli |
Publisistik araşdırmalar üzərində qurulmuş film bədii və sənədli kinonun sintezindən ibarət olan, bu günümüzlə səsləşən ekran əsəridir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.[1]
Kinolentdə atasının maarifçilik fəaliyyəti ilə bağlı söhbətlər qızının xatirələri əsasında qurulmuşdur.[1]
Ssenari müəllifi: Ayaz Salayev
Rejissor: Ayaz Salayev
Operator: Yuri Varnovski
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320–321.
Azərbaycan filmlərinin siyahısı
1988-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı