Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Arif Babayev.
Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru,[1] televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir.
Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.
1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.[2]
26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.
Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir.
Rejissor Vasif Babayevin qardaşıdır.
Rejissor kimi
- Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film)
- Xəzərdə möcüzə (film, 1961) (qısametrajlı sənədli film)
- Xəzər sahilində şəhər (film, 1962) (qısametrajlı sənədli film)
- Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film)
- Zirvə (1964) (qısametrajlı bədii film)
- Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film)
- 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film)
- "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film)
- Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film)
- Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film)
- Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film)
- Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film)
- Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film)
- İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film)
- Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film)
- Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
- Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film)
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)
- Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film)
- Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
- Birisigün, gecəyarısı... (film, 1981) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
Aktyor kimi
2000-ci ildə Cəmil Quliyev tərəfindən Kinorejissor Arif Babayev adlı qısametrajlı sənədli film çəkilmişdir.
- ↑ Kazımzadə, A. Bakının ekran şairi: Ömrünü əbəs yaşamadı: [Rejissor Arif Babayev haqqında] //Kaspi.- 2014.- 11-13 yanvar.- S.22-23.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.