Ata Holdinq

Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi.

Ata Holding
Ümumi məlumatlar
Tipi ASC / MMC[1]
Sənaye Maliyyə
Sənaye
Turizm
İnformasiya texnologiyaları
Təsis tarixi 2003
Rəhbərlik
Rəhbərlik Adıgözəl Ağayev İHS
Əhməd Erəntok MŞS
ataholding.az

"AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

"AtaHolding"-in maliyyə sektorunda "AtaSığorta" ASC, "AtaLizinq" ASC, turizm sektorunda "AtaTurizm" MMC, "AtaTravel" MMC və 5 ulduzlu "Excelsior Hotel Baku" hoteli, sənaye sektorunda "Şəmkir Quşçuluq" MMC və informasiya texnologiyaları sahəsində "AtaTexnologiya" MMC şirkətləri fəaliyyət göstərib.

Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. "AtaHolding" şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.

"AtaHolding" sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edib, Azərbaycan mədəniyyəti və incəsənətinin, idmanın inkişafı və təhsilin səviyyəsinin daha da artırılması məqsədilə həyata keçirilən layihələri dəstəkləyib. Holdinq beynəlxalq federasiyalara və beynəlxalq yarışlara sponsorluq edib. "AtaHolding" Beynəlxalq Güləş Federasiyasının baş sponsoru olub.

  1. AtaBank
  2. VTB Bank Azərbaycan
  3. AtaSığorta
  4. AtaLizinq
  5. Excelsior Hotel Baku
  6. AtaTravel
  7. AtaTexnologiya[2]
  8. Şəmkir Quşçuluq
  9. AtaSport
  10. Ataİnkişaf Fondu
  1. ""Dövlər qurumu" Ata Holdinqi – MƏHKƏMƏYƏ VERDİ". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  2. "Nazirlik İT məsələsini həll etməyi "ATA Holdinq"in şirkətinə həvalə edir". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]