Synergy Group — Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupu / holdinq.
Synergy Group | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Təsis tarixi | 2010 |
Rəhbərlik | |
Rəhbərlik | Rauf Axundov |
synergygroup.az/az |
2010-cu ildə təsis edilmiş Synergy Group MMC Azərbaycanda fəaliyyət göstərmiş ən iri özəl investisiya şirkətlərindən biri olub.
Synergy Group MMC qeyri-neft sektorunda müxtəlif şirkətləri idarə edib. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq işçi heyəti çalışıb.
Qrup istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə, bank işi sahələri üzrə irimiqyaslı investisiyalar edib. Şirkətlərin böyük bir qismi Bakıdan kənarda yerləşməklə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhfəsini verib.
Holdinqin nizamnamə kapitalı 50 milyon manat olub.[1]