Atam və oğlum (türkcə:Babam ve oğlum) — türk rejissor Çağan Irmakın çəkdiyi və Türk filmlərinin ən yaxşıları arasında sayıla biləcək bir film.
Atam ve oğlum | |
---|---|
Babam ve oğlum | |
Janr | Dram |
Əsas mövzu | 12 sentyabr hərbi çevrilişi |
Rejissor | Çağan Irmak |
Ssenari müəllifi | |
Baş rollarda | |
İstehsalçı | Avşar Film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 18 noyabr 2005[1], 2 mart 2006[2] |
Filmin növü | Bədii film |
Müddət | 108 dəq. |
Ölkələr | Türkiyə |
Dil | Türkcə |
İl | 2005 |
Rəng | Rəngli |
IMDb | ID0476735 |
Türkiyədə 1980-ci il hərbi çevrilişi vaxtı anasını itirən Dəniz (çevrilişdən sonra bir çox valideynin övladına edam olunan Dəniz Gəzmişin xatirəsinə verdiyi ad) yeddi il sonra atası ilə birlikdə Ege bölgəsində yaşayan babasını görməyə gedir. İllərdir babasını görməməyinin səbəbi atasıyla babasının bir-birinə küsülü olmasıdır. Dənizin babası Hüseyn Əfəndi (Çetin Tekindor) oxumaq üçün göndərdiyi oğlunun siyasi hadisələrə qarışdığını eşidəndə onu oğulluqdan silir. Uzun müddət atası ilə küsülü olan Sadıq ata evinə oğlunu atasına əmanət etmək üçün qayıdır. Çünki Sadıq artıq oğlu Dənizdən ayrılmağa məcburdur.
Çetin Tekindor, Hümeyra Akbay, Fikret Kuşkan, Özge Özberk, Ege Tanman, Yetkin Dikinciler, Erdal Tosun, Nergis Çorakçı, Mahmut Gökgöz, Halit Ergenç
Babam ve Oğlum filminin rəsmi saytı Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine