Atari, Inc. (filial)

Atari, Inc. (əvvəllər GT Interactive Software Corp.Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir.[2] "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir.[3] "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur.[4]

Atari, Inc.
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi "Atari SA" şirkətinin filialı
Sənaye videooyun sənayesi[d]
Təsis tarixi fevral 1993[1]
Əvvəlki adı
  • GT Interactive Entertainment Software Corp. (1993–1999)
  • Infogrames, Inc. (1999–2003)
Baş qərargahın yeri Nyu-York, ABŞ
İqtisadi göstəriciləri
Birjada listinqi
Struktur
Ana şirkət
  • GoodTimes Home Video (1993–2000)
  • Infogrames/Atari, SA (1999–h.h.)
Rəhbərlik
Təsisçilər
atari.com

"GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.[5] Həmin il şirkət "Doom" videooyununu nəşr edir. Şirkətin gəliri ilk ilində 10.3 milyon ABŞ dolları olur.[6]

"GT Interactive" şirkətinin gəlirləri ikinci ilin 880% artmış və 101 milyon ABŞ dollarına çatmış, mənfəətləri isə 18 milyon ABŞ dollarını ötmüşdür.[7]

11 oktyabr 2008-ci ildə "Infogrames" şirkətin satın alınma prosesini tamamlamışdır.[3]

"Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.[8]

  1. LittleSis. 2009.
  2. "10-KT Atari, Inc. Business Information - Overview". secinfo.com (ingilis). Fran Finnegan & Company. 31 mart 2003. January 27, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  3. 1 2 Elliott, Fil. "Infogrames completes Atari, Inc. acquisition". gamesindustry.biz (ingilis). 11 oktyabr 2008. July 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  4. Rouz, Mayk. "Atari U.S. files for bankruptcy to escape its French parent company". Gamasutra (ingilis). 21 yanvar 2013. November 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  5. "Now What Was That GT and Hasbro Were Saying About American Game Purchasers Being a Group of 17–28 Year Olds Only Interested in Bloody Games?". justadventure.com (ingilis). Just Adventure. 6 dekabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  6. Enq, Pol M. "Lots of "Doom" but No Gloom". Business Week (ingilis). The McGraw-Hill Companies. 2 sentyabr 1996. 7 iyun 1997 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  7. SEC Info - Atari Inc - 10-K - For 3/31/99, On 6/29/99 - Table in Document 1 of 9 - 10-K - GT Interactive Software Corp.[ölü keçid]
  8. "Atari Files For Chapter 11 To Separate From French Parent". prnewswire.com (ingilis). PR Newswire. 21 yanvar 2013. January 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]