Infogrames

Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti.

Atari SA
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi İctimai
Məhsulları
Təsis tarixi iyun 1983
Əvvəlki adı Infogrames
Baş qərargahın yeri Paris, Fransa
İqtisadi göstəriciləri
Ümumi aktivlər € 7.4 milyon
Ümumi gəliri € 20.6 milyon[1]
Xalis mənfəəti € 7.7 milyon
Əməliyyat mənfəəti € 20.0 milyon
Struktur
Bölmələr
Tərəfdaşlar Atari, Inc.
Rəhbərlik
Təsisçi Bruno Bonnell
Auditor Ümumdünya
atari.com

Şirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş,[2] "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir.[3]

"Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.[4][5]

Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu.[5] Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır.[6]

"Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.[7]

  • "Atari Benelux"
  • "Atari Brazil Ltd."
  • "Atari Deutschland"
  • "Atari Europe"
  • "Atari France"
  • "Atari Hellas EURL"
  • "Atari Iberica Distribucion"
  • "Atari, Inc."
  • "Atari Interactive"
  • "Atari ITALIA"
  • "Atari Japan KK"
  • "Atari Korea Ltd."
  • "Atari Nordic"
  • "Atari United Kingdom Limited"
  • "Philips Multimedia BV"
  • "Atari Australia Pty, Ltd."
  • "Atari New Zealand Limited"
  • "Infogrames Studios Limited"
  • "DMA Design"
  • "Infogrames North America, Inc."
  • "Atari Melbourne House Pty, Ltd."
  • "Humongous Entertainment, Inc."
  • "Reflections Interactive Limited"
  • "Legend Entertainment"
  • "SingleTrac Entertainment Technologies, Inc."
  • "Paradigm Entertainment"
  • "Atari Interactive, Inc."
  • "Europress"
  • "MicroProse Ltd."
  • "Atari Hunt Valley"
  • "Shiny Entertainment, Inc."
  • "Eden Games S.A.S."
  • "Cryptic Studios"
  1. "Atari Annual Financial Report" (pdf). atari-investisseurs.fr (ingilis). Atari SA. November 6, 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2020.
  2. "Infogrames Gets Control of GT Interactive". nytimes.com (ingilis). The New York Times. 16 noyabr 1999. December 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
  3. Smit, Toni. "Infogrames re-christens itself Atari". theregister.co.uk (ingilis). The Register. 7 mart 2003. December 23, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
  4. "Company News; Hasbro Completes Sale Of Interactive Business". nytimes.com (ingilis). The New York Times. 30 yanvar 2001. June 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
  5. 1 2 "Press Release". phx.corporate-ir.net (ingilis). Nasdaq, Inc. 6 dekabr 2000. October 18, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
  6. Torsen, Tor. "Take-Two takes over Civilization". gamespot.com (ingilis). GameSpot. 25 oktyabr 2005. October 18, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
  7. "Atari Files For Chapter 11 To Separate From French Parent". prnewswire.com (ingilis). PR Newswire. 21 yanvar 2013. January 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]