Atatürk Evi Muzeyi — Atatürk Evi Muzeyi, Türkiyənin Kayseri şəhərində yerləşən bir muzeydir. 1983-cü ildə açılan muzeydə Mustafa Kamal Atatürkə aid əşyalar sərgilənir.
Atatürk Evi Muzeyi | |
---|---|
Əsası qoyulub | 1983 |
Açılış tarixi | 1983 |
Ölkə | Türkiyə |
Yerləşir | Məlikqazi |
Ünvan | Məlikqazi, Kayseri |
38°43′08″ şm. e. 35°29′25″ ş. u.HGYO |
XIX əsrdə ev olaraq tikilən muzey binası İmamzadə Rəşid Ağanın Malikanəsi kimi də tanınır[1] 19–20 dekabr 1919-cu ildə şəhərə gələn Mustafa Kamal Atatürk iki gecə binada qalmışdır[1].
1976-cı ildə bina qorunmaq üçün daşınmaz mədəni sərvət kimi qeydiyyata alınmışdır[1]. 1978-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən milliləşdirildi. 1983-cü ildə isə Atatürk Evinə çevrildi[1]. 19 dekabr 1998-ci ildə yenidən təşkil edildi və Atatürk Muzeyi kimi fəaliyyət göstərməyə başladı[1]
İki mərtəbəli malikanə kəsilmiş daş və ağacdan tikilmişdir[2]. Damın uclarında və bay pəncərənin alt saçaqlarında ağac motivləri var[2].