Atatürk körpüsü — ilk olaraq tikiləndə əsl adı Mahmudiyə körpüsü olmuş, sonralar Unkapanı körpüsü və Karaköy-Eminönü körpüsü olaraq da adlandırılmışdır. Körpüdə keçidlər pulsuz olduğu üçün xalq Hayratiye körpüsü adını vermişdir.İstanbulda tarixi yarımadanı Bəyoğlu yaxasına birləşdirən bir körpüdür. Fatih ilçəsinə bağlı Unkapanı Kiçikkbazar bölgəsi ilə Bəyoğlu ilçəsinə bağlı Azapqapı səmtlərini bir-birinə bağlayır. Aksaray səmtindən başlayaraq Unkapanına gələn Atatürk bulvarının davamı deməkdir.
Atatürk körpüsü | |
---|---|
41°01′12″ şm. e. 28°58′12″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | II Mahmud |
Tikilmə tarixi | 1836-1939 |
Uzunluğu |
|
Eni | 25 m |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Körpü 1836-cı ildə Sultan II Mahmudun (1808-1839) əmrilə kapitanı dərya Fevzi Əhməd Paşa tərəfindən tərsanədə tikilib. Körpü 1836-cı ildə tamamlandı və açılışını şəxsən Sultan II Mahmud körpüyə at üzərində keçərək edib. Körpünün uzunluğu təxmini olaraq 400 mt, eni isə 10 mt olmuşdur. Körpünün ortası lazım olanda böyük gəmilərin keçməsi üçün açılırdı.
XIX əsrin sonlarında Körfəzdə yerləşən körpülərin dəyişdirilməsi gündəmə gəlmiş və burada dəmir bir körpü keçirilməsi ideyası ön plana çıxmışdır. Bu barədə xarici şirkətlərlə danışıqlar aparılmışdır.
Bir müddət sonra sökülən Mahmudiyə köprüsünün yerində Fransızlarla anlaşaraq xərci 135 min qızıl olan dəmir bir körpü tikilməsi üçün qərar verildi. Beləliklə 1875-ci ildə İstanbulda ilk dəmir körpü, Unkapanı ilə Azapkapı arasında yeni körpü inşa edildi. 25 barja üzərində qurulan 480 mt boyunda, 18 mt enində olan Unkapanı köprüsü istifadəyə verildi. 1912-ci ilə qədər istifadə edilən körpü 1912-ci ildə söküləndə yerinə Üçüncü Karaköy-Eminönü körpüsü quruldu. 1914-1925-ci illərdə təmir olunan körpü 1936-cı ilə qədər istifadə olundu.
Şiddətli bir fırtına ilə parçalanan Karaköy-Eminönü körpüsünün əvəzinə yeni körpünün tikintisi üçün işlərə başlanmışdır. Yeni körpünün layihəsini Fransa Yollar və Körpülər müfəttişi M. Pigeaud hazırlamış və 1.585.665 lirəyə tender edilmişdir.
Bundan başqa, TBMM-nin daha əvvəl almış olduğu qətnamə ilə körpünün adının "Qazi Mustafa Kamal Paşa körpüsü" olması qərarlaşdırılmışdır. 29 avqust 1936-cı ildə əsası qoyulan Atatürk körpüsü, Cümhuriyyətin 16 illiyində 29 oktyabr 1939-cu ildə İstanbul Vali və Bələdiyyə sədri Dr. Lütfü Kırdar tərəfindən mərasimlə açılıb. 24 barja üzərindəki 477 mt uzunluğunda, 25 mt enində olan körpü 1939-cu il qiymətlərinə görə 2 300 000 lirəyə hazır olmuşdur.