Atiq Ariz oğlu İbrahimov (d. 24 iyun 1990; Mingəçevir, Azərbaycan SSR, SSRİ - 16 oktyabr 2020; Ağdərə, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]
Atiq İbrahimov | |
---|---|
Atiq Ariz oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Ağdərə,"Beton"postu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Madagizin azad edilməsi |
Təltifləri |
İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub.
Subay idi.
5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. 2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.
Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Talış, Suqovuşan və Ağdərənin kəndlərinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Atiq Ariz oğlu İbrahimov oğlu 16 oktyabr 2020-ci ildə da Ağdərədə "Beton" post deyilən yerdə şəhid olub.
17 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib .