Atomnaya energiya

"Atomnaya energiya" (rus. А́томная эне́ргия; mənası – "Atom enerjisi") — SSRİRusiya aylıq nəzəri və elmi-texniki jurnalı. Rusiyanın nüvə enerjisi məsələlərini işıqlandırır. Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar siyahısı və beynəlxalq istinad bazalarına daxil edilmişdir.

Atomnaya energiya
Dil rus dili, ingilis dili
ISSN 0004-7163
j-atomicenergy.narod.ru

Jurnal 1956-cı ilin may ayından nəşr olunur,[1] 1970-ci ildə tirajı 2,730 nüsxə idi.Sovet dövründə jurnal SSRİ Atom Enerjisindən İstifadə üzrə Dövlət Komitəsinin və SSRİ Elmlər Akademiyasının orqanı idi və 1956-cı ildən "Atomizdat" nəşriyyatında çap olunur.[2] 2013-cü ildən jurnalın sahibləri "Rosatom" Dövlət Korporasiyası, Rusiya Elmlər Akademiyası və Rusiya Nüvə Cəmiyyətidir.[3]

  1. "Информация о номере журнала". 1988-09. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
  2. Atomnaya energiya // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  3. j-atomicenergy.narod.ru — журнала «Атомная энергия» rəsmi saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]