Atropatan hisasintellası - (lat. Hyacinthella atropatana (Grossh.) H. Mordak et Zakharyeva.) Hiasintkimilər - (Hyacinthaceae Batsch.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –EN B2b(ii, iii,) c (ii). Azərbaycanın nadir, Qafqazın endem növüdür.[1]
Çoxillik ot bitkisidir. 2,5 – 3sm hündürlükdə, 7-10 mm enində soğanaqlı bitkidir. Açıq boz qınla örtülüb, gövdəsi 8-12 sm hündürlükdə, sayı 2-dir. Qövsvari əyilmişdir, ensiz xətvaridir, 2-3 mm enindədir. Çiçəkləri qalxanvari çiçək qurupunda toplanmışdır. Çiçək saplağı çiçəkdən iki dəfə uzundur, çiçəkləri tam açıq deyil, ləçəkləri 5mm uzunluğunda, 2 mm enindədir. Rəngi açıq-göy, ölçüsü erkəkcikdən uzundur. Meyvəsi üçtilli, şişkindir [2][1][3].
Çiçəkləmə, meyvə əmələgətirmə dövrü aprel—may aylarına təsadüf edir. Kseromezofitdir soğanaqla çoxalır. Düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə bitir. Dekorativ bitkidir.[2][1][4][5][6]
Naxçıvanın dağlıq hissəsində (Şahbuz və Culfa rayonlarında). [2][1][3][4][7][6][8]
Populyasiyaları azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.[2][1][6]
Əhali tərəfindən yığılması itmə təhlükəsi yaradır.
Xüsusi mühafizə tədbirləri yoxdur.
Scilla atropatana Grossh.