Atropatan itburnusu (lat. Rosa atropatana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Atropatan itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Atropatan itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Türkiyədə təbii yayılması mövcuddur.
Naxçıvan MR-in Ordubad rayonunun Unus kəndi ərazisində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. VU D2.
Orta dağ və subalp qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Təbiətdə 0,5-0,7 m hündürlükdə olan koldur. Bitkinin cavan zoğları sıx yumşaq tüklüdür. Zoğun qabığı tutqun qəhvəyi rəndə olur və ağımtıl sarı qaidə hissəsi enli, ucu sivri, seyrək qopar tikanlarla örtülüdür. Yarpaqları 6-7 sm uzunluğunda olub 5 ədəd kiçik (2 sm-ə qədər) yarpaqcıqdan ibarətdir. Çiçək saplağı 1-1,2 sm uzunluğunda olur və ağ yumşaq qaramtıl vəzili qopartikanlarla örtülü olur. Kasayarpaqları lansetşəkillidir və 1-1,1 sm uzunluğunda olur.İyun və iyul ayları arasında çiçək açır. Meyvəsi yumru və ya tərs yumurtavarıdır, üzəri vəzili qopartikanlarla örtülü olub, qırmızımtıl rəngdədir. Meyvələri yetişdikdə tökülmür.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.