Atropatan qaraşəngi

Atropatan qaraşəngi (lat. Scrophularia atropatana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Atropatan qaraşəngi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

İkiillik ot bitkisidir. Gövdəsi 6-30sm hündürlükdədir. Gövdə yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, 3-5 sm uzunluğunda, 1,5-3 sm enindədir. Çiçək qrupu uzunsov, dar, gövdənin ortasından, bəzən əsasından başlayandır. Çiçəklər budaqlarda oturaqdır. Kasacığın hissəcikləri uzunsov, dilimli, kənardan ağ pərdəli, 2 mm uzunluqdadır. Tac tünd-qırmızı, qonur rənglidir. Staminodi yumurtavari və ya uzunsovdur. Qutucuq 3,5-4 sm uzunluğunda, dairəvi, iti çıxıntılı və dərin uzunsov şırımlı, ikiqatlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyun, meyvə əmələgətirmə iyun aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı-çınqıllı yerlərdə və çağıl daşlarının üstündə rast gəlinir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsidir (Şahbuz rayonu –Qarababa və Kolanı kəndlərinin ətrafı; Ordubad rayonu – Parağa və Kotam kəndlərinin ətrafı).

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın ehtiyatı məhduddur və azalır.

Məhdudlaşdırıcı amillər antropogen və zoogen amillərdir.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Yeni yayılma yerlərinin axtarılması tələb olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]