Au yarımadası

Au yarımadası (alm. Halbinsel Au‎) — İsveçrənin Sürix kantonunda, Sürix gölündə yerləşən yarımada.

Au yarımadası
Ümumi məlumatlar
Sahəsi
  • 0,5 km²
Yerləşməsi
47°14′ şm. e. 8°38′ ş. u.HGYO
Ölkə  İsveçrə
Au yarımadası xəritədə
Au yarımadası
Au yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yarımada Surix kantonunun ərazisinə 1150-ci ildə daxil edilmişdir. Ancaq burada ilk yaşayış 1316-cı ildə qurulmuşdur. 1651-ci ildə yarımada və ora daxil olan bütün mülkiyyət isveçrəli general və dövlət xadimi, Qans, Rudolf Verdmyuller tərəfindən satın alınmışdır. Onun ölümündən sonra bütün mülkiyyət Sürix kantonuna qaytarılmışdır[1]

Fridrix Qotlib öz şerlərində buranı hər isveçrəlinin müqəddəs yeri olaraq göstərir.

Hazırda Au Vedensvil kommunası ərazisinə daxildir. Yarımada ərazisinə ancaq xüsusi katerlərdə getmək olar. 2007-ci ilin 31 dekabr tarixli məlumatına görə yarımadada 615 nəfər yaşayır[2].

  1. "Haltestellen-Fahrplan". 2015-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.
  2. "Projekt Gutenberg-DE — SPIEGEL ONLINE — Nachrichten — Kultur". 2010-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.