"Auld Lang Syne" — Robert Burns tərəfindən yazılan şotland poeması. 1778-ci ildə Xalq mahnısı adını almışdır. Dünyanın bir çox yerində deyilən "Auld Lang Syne" mahnısı 18-ci əsrin əvvəllərində bəstələnmişdir. Dostluq adına yazılmış bu köhnə mahnı Çarli Çaplinin "Altına hücüm" filmində, "Waterloo Bridge", hətta "Mister Bin" serialını istifadə edilmişdir. Bu mahnı bütün dünya tərəfindən, əsasən də ingilis dilində danışan ölkələr tərəfindən tanınır.
Auld Lang Syne | |
---|---|
ing. Auld Lang Syne | |
Orijinal dili | Skats dili |
Nəşr ili | 1788 |
Vikianbarda əlaqəli mediafayllar |
Mahnının başlığı "uzun uzun zaman əvvəl", daha deyimsəl "uzun bəri köhnə" kimi standart ingiliscəyə tərcümə oluna bilər, ya da "köhnə zamanlarda" "günlər getdi". İlk sətirində göründüyü kimi "köhnə gözəl günlər üçün," zəif "(uğruna) köhnə dəfə" kimi tərcümə edilə bilər.
Kim unudar köhnə dostlarını,
və onları heç xatırlamaz?
Kim unudar köhnə dostlarını,
və birlikdə yaşanmış gözəl günləri?
Keçmişdəki gözəl günlərə, dostum,
yaxşı köhnə zamanlara,
Bir qədəh şəfqət doldur özünə,
köhnə gözəl günlər adına.
Yəqin ki, qədəhini kaldıracaksınız,
və mən, şübhəsiz öz kadehimi,
Ayrıca lütfkar olmalıyıq özümüzə,
köhnə bir çağın adına.
Eyni təpənin ətəklərində tələsdirdi biz,
birlikdə ən gözəl çobanyastıqlarını yığdıq,
Lakin o köhnə zamandan bu yana
atdığımız addımlardan çox yorulduq.
Yan-yana qulac atıb çayları keçdik biz,
şəfəqdən günbatımına,
Lakin indi, aramızda bir dəniz var
o köhnə zamanlardan bu yana.
Və budur əlim, mənim sadiq dostum,
sən də uzat əlini,
Yaxşı bir qurtum al özünə
keçmiş bir zamanın adına.