Aureus və ya aurey (lat. aureus) — qədim Roma qızıl sikkəsi. Adı latın dilindəki "aurum" – qızıl sözündən gəlir. İkinci Pun müharibəsi zamanı dövriyyəyə buraxılmışdır. Bu, ilk növbədə qələbələrə görə mükafat olaraq qoşunlara paylanmaq üçün yalnız mükafatlı sikkə kimi istifadə edilmişdir.[1] Beş yüz ildən artıq dövriyyədə olmuş və bu müddət ərzində dəfələrlə devalvasiyaya uğramışdır İmperator Konstantin tərəfindən həyata keçirilən son devalvasiyadan sonra bu, solid (lat. solidus) kimi tanınmışdır