Sikkə

Qızıl 5-lik 1899-cu il, üzü
Qızıl 5-lik 1899-cu il, arxası

Sikkəmetaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır.

Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər.

Etiomologiya[redaktə | mənbəni redaktə et]

Sikkə sözu ərəb mənşəli sözdur[1]. Dilimizə ərəb işğalından sonra keçmişdir.

Tarix[redaktə | mənbəni redaktə et]

İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi)  yaranıb[2]. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Sonuncu Lidiya hökmdarı Krez haqqında belə bir deyim qalıb: "Krez kimi varlıdır".[3]

Sikkələrin forması[redaktə | mənbəni redaktə et]

Sikkələr adətən dairəvi yumru formada olur. Ancaq istisna olaraq bir çox sikkələr dördkünc, düzbucaqlı, kənarları çıxıntılı və.s ola bilir. Sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə "qurt" kəsikli edilir.[2]

Maraqlı fakt[redaktə | mənbəni redaktə et]

1794-cü ildə kəsilmiş 1 dollarlıq gümüş Amerika sikkəsi , 2016-cı ildə Londonda 10 miloyon dollardan baha qiymətə auksiona çıxarılmışdı.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  2. 1 2 "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  3. "Arxivlənmiş surət". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  4. "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.