Aurinlər

Aurinlərtrifenilmetanın hidroksilli törəmələri sırasından olan boyaqlardır.

Bunların ən sadəsi aurin, fenolu (sulfit turşusu iştirakı ilə) oksalat turşusu ilə qızdırmaqla alınır. Reaksiya zamanı əvvəlcə boyağın leykəsası trioksitrifenilkarbanol əmələ gəlir, sonra sulfat turşusunun təsiri ilə su ayrılır və aurin alınır.

Fenol ilə ortokrezol və parakrezol qarışığını arsenat və sulfat turşuları ilə oksidləşdirdikdə aurinin homoloqu rozol turşusu alınır. Aurinə pararozol turşusu da deyilir. Onların quruluşu, nitrit turşusunun təsiri ilə parafunksinin aurinə və funksinin rozol turşusuna çevrilməsi ilə sübut olunur. Aydındır ki, nitrt turşusu funksinin və parafunksinin amin qruplarını hidroksil qrupu ilə əvəz edir və onları müvafiq olaraq aurinə və rozol turşusuna çevirir.

Aurin qırmızı rəngli boyaqdır, suda həll olmur, spirtdəsirkə turşusunda həll olur. sirkə turşusunun və başqa turşuların təsirindən aurin qızılı rəngə, qələvilərin təsirindən isə göy-qırmızı rəngə boyanır. Aurinlər kağıza boyamaq üçün, az miqdarda indikator kimi işlədilir.

  • M. Mövsümzadə "Üzvi kimya", Maarif-1966.