Sulfit turşusu – H2SO3 orta qüvvətli iki əsaslı turşudur, çox zəif, davamsız turşudur və ancaq duru məhlullarında mövcuddur. Qatı məhlullarında o, kükürd dioksidə və suya parçalanır.
Sulfit turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Sulfit turşusu |
Kimyəvi formulu | H2SO3 |
Molyar kütlə | 82,02 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,03 q/sm³ |
Kükürd dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir: SO2 + H2O ←→ H2SO3
Sulfit turşusu davamsız maddə olduğundan yalnız məhlulda mövcuddur.
Suda iki mərhələdə dissosiyasiya edir:
Və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir:
Sulfit turşusu qüvvətli reduksiyaedicidir
H2SO3 + Cl2 + H2O → 2HCl + H2SO4
Çox qüvvətli reduksiyaedicilərlə H2SO3 özünü oksidləşdirici kimi aparır:
2H2S + H2SO3 → 3S↓ + 3H2O
Hidrosulfitləri qızdırdıqda pirosulfitə. Pirosulfit turşusu H2S2O5 (disulfit turşusu) sərbəst halda məlum deyil.
2KHSO3 → K2S2O5 + H2O
Polyar SO2 molekulları suda yaxşı həll olur.
Sulfit turşusu, kükürd dioksid kimi reduksiyaedici kimi xassəyə malikdir. Güclü reduksiyaedicilər iştirak etdikdə isə özünü oksidləşdirici kimi aparır.
Sulfit turşusunun duzlarından Na2SO3 natrium-tiosulfatın alınmasında, NaHSO3 - ağardılmış parçadan xlorun artığının çıxarılmasında,həmçinin kalsium – hidrosulfitlə Ca(HSO3)2 birlikdə-oduncaqdan sellülozanın çıxarılmasında istifadə olunur.