Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi

Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib..

Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
rus. Реабилитационный центр для детей с расстройствами аутистического спектра
40°24′55″ şm. e. 49°55′56″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Kamil Balakişiyev 23
Tikilmə tarixi 2021

Tarixi[redaktə | mənbəni redaktə et]

Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib.[1]

Mərkəz haqqında[redaktə | mənbəni redaktə et]

Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var.

Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir.

Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.

Mərkəzin ərazisində velosiped yolu salınıb, oturacaqlar quraşdırılıb, idman və oyun meydançaları yaradılıb.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Autizm Mərkəzi". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.
  2. "Mehriban Əliyeva yeni inşa edilən Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.