Avar Musiqili Dram Teatrı

Avar Musiqili Dram Teatrı (avar. ЦӀадаса ХӀамзатил цӀаралда бугеб музыкалиябгун-драмаялъул Авар театр) — Həmzət Tsadasa adını daşıyan dövlət teatrı; Mahaçqala şəhərində yerləşən teatr; Teatr binası dövlət tərəfindən Rusiyanın regional əhəmiyyətli mədəni irsi obyekti kimi qorunur. Puşkin küçəsi 1 ünvanında yerləşir.[1]

Avar Musiqili Dram Teatrı
Xəritə
Ümumi məlumatlar
Əsası qoyulub 1935
Teatr binası
Açılıb 1968
Yerləşməsi
42°58′51″ şm. e. 47°31′01″ ş. u.HGYO
Ölkə
Yerləşir Mahaçqala
Avar Musiqili Dram Teatrı xəritədə
Avar Musiqili Dram Teatrı
Avar Musiqili Dram Teatrı
авартеатр.рф
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teatrın tarixi

[redaktə | mənbəni redaktə et]

İlk addımları

[redaktə | mənbəni redaktə et]

1935-ci ildə Dağıstan MSSR-in Xunzax rayonunun Xunzax kəndində əsası qoyulub. Teatrın yaradılmasının əsas təşəbbüsçüsü A.Maqayev olub, teatrın ilk rəhbəri və rejissoru P.Şiyanovski, A.Artemov olmuşdur.

1943-cü ildə teatr Buynaksk şəhərinə köçürüldü. 1951-ci ildə bu teatra Dağıstanın xalq şairi H.Tsadasanın adı verildi.

1960-cı ildə Rəsul Həmzətov Moskvada "Горянка" əsəri ilə Dağıstan dekadasında iştirak etdi. 1961-ci ildə Musiqili-Dram teatrı yaradıldı.

1968-ci ildə teatr Mahaçqalaya köçürüldü.

Müxtəlif vaxtlarda kollektivə rəhbərlik edənlər

[redaktə | mənbəni redaktə et]
  • rejissorlar: V.Çaparidze, V.Barukayev, E.Aslanov və b.
  • tamaşaları hazırlayanlar: А.Arxangelski, D.Davıdov, A.Osipenko
  • rolları ifa edənlər: Zeynəb Nəbiyeva, M.Əbdülxaliqov, Ö.Xirzoyeva, A.Qurbanova, A.Qurbanova, B.İnusilov, A.Mamayev, S.Məcidova, А.Maxayev, М-R. Baqdulov, İ.-Q.Takiyev.

Teatra rəhbərlik edən direktorlar

[redaktə | mənbəni redaktə et]
SAA Fəaliyyət illəri
Mаqаyev A.M. 1935-1938-ci illər
Mikayılov Ş.M. 1943-1944-cü illər
Həmzətov M.Q. 1952-1958-ci illər
Maqomedov A.M. 1958-1964-cü illər
Batırov M.M. 1964-1969-cu illər
Qaidbekova M. Q. 1969-1975-ci illər
Hüseynov А. N. 1975-1978-ci illər
Abdulxalikov M.A. 1978-1982-ci illər
Hacıyev X. P. 1982-2009-cu illər
Hacıyev M. X. 2009-2013-cü illər

Hər il Kaspiysk, Qızılyurd, Buynanksk, Xasavyurt və respublikanın 18 rayonuna qastrol səfərləri təşkil edirlər.

  • Həmzət Tsadasa adına Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı.
  • RSFSR Mədəniyyət Nazirliyinin diplomları ilə təltif edilib.
  • "Rusiyanın Milli dəyəri -2010" fəxri statusu və diplomu ilə təltif edilib.[2]
  • «Qadınlara məhəbbətlə!»
  • «Beynəlxalq ana dili günü»
  • «Tərbiyə dərsləri» (müəllif — M.İsayeva).
  • «Mənim günahım nədədir?» (müəllif — B. Turay).
  • «Yeganə varis» (müəllif — Jan Fransua Renyar).
  • «Arşın mal alan»
  • «Əcdadlarımızın ocağında»
  • «Kürəkən» və b.
  1. Avar Musiqili Dram Teatrının rəsmi veb saytı - авартеатр.рф Arxivləşdirilib 2021-11-02 at the Wayback Machine
  2. Teatr haqqında Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine - авартеатр.рф Arxivləşdirilib 2021-11-02 at the Wayback Machine