Qızılyurd


Qızılyurd (tarixi adı Çiryurd) (qum. Къызылюрт (Qızılyurt), Чирюрт (Çiryurt), avar. Гъизилюрт) - Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Əhalisinin milli tərkibi əsasən qumuqlar, avarlar, laklar təşkil edir.

Şəhər
Qızılyurd
Кизилюрт
Gerb
Gerb
43°12′ şm. e. 46°52′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 50 km²
Mərkəzin hündürlüyü 45 m, 115 m
Əhalisi
Əhalisi
  • 38.335 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368124
Xəritəni göstər/gizlə
Qızılyurd xəritədə
Qızılyurd
Qızılyurd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər Sulaq çayının sahilində, Mahaçqala şəhərindən 53 km məsafədə yerləşir. Qızılyurd rayonunun və şəhər dairəsinin inzibati mərkəzi.

19 oktyabr 1831-ci ildə Qafqazın ruslar tərəfindən istilası vaxtı qumuqların yaşadığı Çiryurd kəndi ruslar tərəfindən hücuma məruz qalır. Hücumda, bu hadisələrə bir neçə şeirini həsr etmiş rus şairi Aleksandr Polejayev iştirak edir.

1886-cı ildə Dağıstan vilayətinin Aşağı Çiriyurd ərazisinə Samara quberniyasının ruslar köçürülür.

Bir neçə ildən sonra Vladikafkaz dəmir yolunun tikintisi başlanır. Sulaq çayı boyu DağıstanTerek vilayətlərinin sərhədində Beslan-Petrovsk (indiki Mahaçqala) xətti yolunda Çiryurd stansiyasının əsası qoyulur. Stansiyada əsasən ruslar məskunlaşdı. Beslan-Petrovsk xətti 1894-cü ildə açılır.

1921-ci ildə Dağıstan MSSR yaradılır. 1930-cu ildə stansiya Krasnoye selo adı ilə qəsəbə statusu alır.

Lakin qəsəbənin "Krasnoye selo" (qırmızı kənd) adı tezliklə qumuqcaya tərcümə edilərək "Qızılyurd" adını daşımağa başlayır.

1963-cü ildə Qızılyurd şəhər statusu alır.

2018-ci ilin siyahıyalınmasına əsasən Qızılyurd şəhərinin 37,171 nəfərlik əhalisi var.

Milliyət Əhali (2010) Faiz
Avarlar 23 382 70,88 %
Qumuqlar 3 915 11,87 %
Laklar 1 760 5,34 %
Ruslar 1 250 3,79 %
Ləzgilər 956 2,90 %
Dargilər 839 2,54 %
digərləri 846 2,56 %
cəmi 32 988 100,00 %