"Avara" (hind. आवारा) — 1951-ci ildə istehsal olunmuş Hindistan filmi.
Avara | |
---|---|
hind. आवारा | |
| |
Janr |
Melodram musiqili |
Rejissor | Rac Kapur |
Prodüser | Rac Kapur |
Ssenari müəllifləri |
Rac Kapur Xoca Əhməd Abbas |
Baş rollarda |
Rac Kapur Nərgiz Datt |
Bəstəkar | Şankar Caykişan |
İstehsalçılar |
All India Film Corporation RK Films |
İlk baxış tarixi | 1951 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 168 dəq. |
Gəlir | 12.500.000 ₹[1] |
Ölkə | Hindistan |
Dil | hindcə |
İl | 1951 |
Rəng | ağ-qara |
IMDb | ID0043306 |
Vikianbarda əlaqəli mediafayllar |
Rac küçədə anadan olub və orada da yaşayır. Eləcə də kiçik oğurluqla məşğul olur. Onun əsl atası – varlı hakim Raqunat çox illər qabaq arvadını – Racın anasını hamilə olduğuna baxmayaraq evdən qovmuşdu. Rac uşaqlıqda onunla bir məktəbdə oxuyan Rita adlı bir qızla tanış olur. Hakim Raqunat həm də Ritanın qəyyumu olur. Raqunat Ritanın ona şübhəli görünən Racla görüşməsinə etiraz edir və onu başqa şəhərə aparır. Küçədə yaşayan Rac Caqqa ilə tanış olur. Caqqa ona sanki atasını əvəz edir. Rac təsadüfən bilir ki, Caqqa onun atasının anasını evdən qovmasına səbəbkar olub. Rac qəzəbdən Caqqanı öldürür. Onu həbs edirlər. İş elə gətirir ki, məhkəmədə hökmü hakim Raqunat oxuyur. Rac ömrünün 3 ilini həbsdə keçirməli olur. Raca ürəyi yanan isə yalnız Rita olur və onu gözləyəcəyini bildirir.
Aktyor | Rol |
---|---|
Rac Kapur | Rac Raqunat |
Prithvirac Kapur | hakim Raqunat |
Nərgiz Datt | Rita |
Leyla Çetnis | Leyla Raqunat |
K. N. Sinqh | Caqqa |
Şaşi Kapur | Racın uşaqlığı |