Nərgiz Datt

Nərgiz (ing. Nargis Dutt, hind. नर्गिस , əsl adı — Fatimə Rəşid, 1 iyun 1929, Kəlkətə, Britaniya Hindistanı3 may 1981, Bombey) — Hind aktrisası, rejissor və prodüseri.

Nərgiz Datt
ing. Nargis
Doğum adı Fatimə Əbdül Rəşid
Doğum tarixi 1 iyun 1929(1929-06-01)
Doğum yeri
Vəfat tarixi 3 may 1981(1981-05-03) (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Uşaqları
Fəaliyyəti kino aktrisası, ssenarist, siyasətçi
Fəaliyyət illəri 1935–1968
Mükafatları İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDb ID0004291
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşhur hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929–1981) anadan olub. "Avara", "Cənab 420" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Rac Kapur bir filmdə, özünün rejissoru olduğu – "Od"da çəkildi. Bu filmdə ilk dəfə Nərgiz də (Fatimə Rəşid) iştirak edirdi. O, Nərgizlə bir neçə il qabaq bir təsadüf nəticəsində tanış olmuşdu. Hansı bir iş dalıncasa tanınmış aktrisa Cadda-bainin yanına gedəndə qapını gözəl bir qız açmışdı. Rac onda dərhal qərara almışdı ki, gələcək filmlərində bu qız hökmən çəkilməlidi. Doğrudan da sonralar onlar bir çox filmlərdə ayrılmaz tərəfdaş oldular.

Rac Nərgizlə tanış olanda yaxın qohumu 16 yaşlı Krişna ilə evləndiyinə görə ürəyindən yəqin ki, bir təəssüf hissi keçmişdi…

Bir çox filmlərdə onlar qoşa çəkilmişdilər, ayrı təsəvvür olunmurdular, haqlarında müəyyən şayiələr dolaşırdı. Amma yəqin ki, belə deyildi. Bir kərə Rac girəvə tapı bonu öpmək istərkən Nərgiz ona elə bir təpik ilişdirmişdi ki, Rac bir xeyli müddət özünə gələ bilməmişdi. Sonralar şayiələrə son qoymaq üçün Rac belə söyləmişdi: "Yox, Nərgiz mənim sevgilim deyil, hərçənd ki, mən bunun belə olmağını istərdim. Həqiqətsə belədi: Krişna – mənim arvadım və övladlarımın anası, Nərgiz isə filmlərimin anası". O vaxtlar Racın artıq Randhir və Rişi adlı oğlanları, Rita və Rima adlı qızları vardı. Raciv adlı oğlu isə lap sonralar doğulmuşdu.

Nərgiz bütün dedi-qodu və şayiələrə biryolluq son vermək aktyor Sunil Datta ərə getmiş, bir az sonrasa daha filmlərə çəkilməyəcəyini elan eləmişdi: "Bizim duet artıq tamaşaçıları bezdirib, nəfəs dərmək zamanıdır." Rac onu fikrindən döndərmək, çox yalvarıb-yaxarsa da Nərgiz sözünün üstdə durmuşdu. Onun gedişilə Rac Kapurun oyununda nələrsə itdi, layiqli tərəfdaşı olmadığından daha az səmimi göründü.

  1. Avara (film, 1951)
  2. Cənab 420 (film, 1955)
  3. Ana Hindistan (film, 1957)