Avdı Qoşqar — Azərbaycan şairi, publisist, əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[1]
Avdı Qoşqar | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
İxtisası | Azərbaycan dili və ədəbiyyatı |
Fəaliyyəti | şair |
Tanınmış əsəri |
|
Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur.
Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır.[2]
İlk şeirləri 1980-ci illərdə nəşr edilib.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.