Aviasiya tibbi

ABŞ Hərbi Dəniz Qüvvələrinin uçuş cərrahı İran körfəzində bir təyyarədə müayinə aparır. 2004-cü il.

Aviasiya tibbitibb elminin bir sahəsi. Təyyarədə uçuşun tibbi cəhətdən təhlükəsizliyini, uçuş heyətinin sağlamlığını və onun müasir təyyarədə iş qabiliyyətinin mühafizə edilib yüksək səviyyədə saxlanılmasını təmin edən tədbirləri öyrənir. Aviasiya tibbi uçuş heyətinin əmək, istirahət, yuxu və qida rejimini müəyyən edir, onun sağlamlığına xüsusi funksional diaqnostika üsulları ilə tibbi nəzarət edir, təyarrəçinin fərdi xüsusiyyətlərindən asılı olan qəzasız uçuşun elmi əsaslarını və s. öyrənir. Aviasiya tibbinin problem və üsullarının çoxu kosmik tibbin problem və üsullarına yaxındır. Aviasiya tibbinə aviasiyada tibb xidmətinin təşkili və taktikası, radiobiologiya, aviasiya fiziologiyası və gigiyenası, aviasiya psixologiyası və s. daxildir.[1]

  1. Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 30.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]