Avonli qəsəbəsinin qızı Anni (ing. Anne of Avonlea), Kanadalı yazıçı Lyusi Montqomeri tərəfindən 1909-cu ildə yazılmış bir romandır.[1]
Avonli qəsəbəsinin qızı Anni | |
---|---|
ing. Anne of Avonlea port. Ana de Avonlea | |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1909 |
Əvvəlki | Qrin Qeyblz malikanəsinin qızı Anni (roman) |
Vikianbarda əlaqəli mediafayllar |
Qrin Qeyblz malikanəsinin qızı Anni -dən (1908) sonra kitab Anni Şirli -nin həyatının ikinci fəslini əhatə edir. Bu kitab, Avonli məktəbində dərs dediyi iki il ərzində (16 yaşından 18 yaşına qədər) Anni haqqında yazılır. Buraya Qrin Qeyblz malikanəsinin qızı Anni -in bir çox personajları, həmçinin Cənab Harrison, Xanım Lavendar Levis, Paul Irvinq , Dora və Deyvi əkizləri kimi yeni personajlar daxildir.
Anne, əvvəlki kitabda olduğu kimi, sadəcə olaraq "Qrin Qeyblz" deyil, ancaq indi Avonli cəmiyyətinin yeganə məktəb müəllimi olaraq "əhəmiyyətli" insanların arasında yerini tutur. O, həmçinin A.V.I.S. -nin qurucu üzvüdür.(Avonli mənzərəsini yaxşılaşdırmağa çalışan "Avonli Kənd Abadlaşdırma Cəmiyyəti")
Qrin Qeyblz malikanəsinin kürən saçlı, xəyatpərəst, çoxdanışan qızı Anni artıq böyüyüb,17 yaşlı gənc qızdır.İndi Avonli məktəbində dərs deyən Annini yeni macəralar gözləyir.Qəsəbədə də çox şey dəyişib- yeni qonşular, yeni uşaqlar,Marillanın övladlığa götürmək istəmədiyi əkiz yetimlər gənc qızın həyatını daha da rəngarəng edir.Xəyalpərəst Anni təsadüf nəticəsində tanış olduğu əsararəngiz xanım Lavendarın qəribə evi,qeyri-adi qulluqçusu və daim yolunu gözlədiyi sirli qonağı qızın diqqətini cəlb edir.Bundan sonra baş verənlər isə əsl nağıla bənzəyir.
Yazıçı Lyusi Montqomerinin "Avonli qəsəbəsinin qızı Anni" əsəri XX əsrin əvvəllərində Kanadanın Şahzadə Eduard adasında baş verən hadisələrdən bəhs edir.İndiyə qədər müxtəlif dillərə tərcümə olunmuş və böyük tirajla satılan bu kitab hələ də oxucular tərəfindən rəğbətlə qarşılanır.
№ | Kitab | Nəşr tarixi | İllər | Azərbaycanda nəşr ili |
---|---|---|---|---|
1 | Qrin Qeyblz malikanəsinin qızı Anni (roman) | 1908 | 11–16 | 2015 TEAS Press Nəşriyyat evi |
2 | Avonli qəsəbəsinin qızı Anni | 1909 | 16–18 | 2017 TEAS Press Nəşriyyat evi |
3 | Şahzadə Eduard adasının qızı Anni (roman) | 1915 | 18–22 | 2017 TEAS Press Nəşriyyat evi |
4 | Anne of Windy Poplars (Kanada və ABŞ) Anne of Windy Willows (İngiltərə və Avstraliya) |
1936 | 22–25 | - |
5 | Anne's House of Dreams | 1917 | 25–27 | - |
6 | Anne of Ingleside | 1939 | 34–40 | - |
Aşağıdakı kitablar Anninin uşaqlarına və ya digər ailə dostlarına həsr edilmişdir. Anni bu cildlərdə görünür, amma daha az rol oynayır. | ||||
№ | Kitab | Nəşr ili | İllər | |
7 | Rainbow Valley | 1919 | 41–43 | - |
8 | Rilla of Ingleside | 1921 | 49–53 | - |
9 | The Blythes Are Quoted | 2009 | 40–75 | - |
Anni Şirli, aşağıdakı kolleksiyaların hər birində bir hekayədə (və digər hekayələrdə istinad olunur) yer alır | ||||
№ | Kitab | Nəşr ili | İllər | |
— | Chronicles of Avonlea | 1912 | təqribən 20 | |
— | Further Chronicles of Avonlea | 1920 | təqribən 20 |
Qeyd:İllər bölməsi bəhs olunan kitabda Anninin yaşını göstərir.