Avrasiya tuneli

Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır[1][2].

5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır[3][4]. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır. Bu plana əsasən 2003-cü ildə Bosforun yeni keçidi üçün ilkin texniki-iqtisadi əsaslandırma aparılır. Bu tədqiqatın nəticələrinə görə, avtomobil tuneli ən yüksək həll olaraq tövsiyə edilmişdir.

3340 m uzunluğunda olan tunel, xüsusi olaraq hazırlanmış və ən son disk kəsicilərlə təchiz olunmuş 13,7 m diametrli TBM Mixshield Slurry-dən istifadə edilərək tikilmişdir[5].

Tunel elə qurulmuşdur ki, sığınacaq və tunelin başqa bir səviyyəsinə qaçış yolları təmin etmək üçün 200 m aralıqda təcili yardım otaqlarını qorusun. Telefon xətti ilə təchiz olunmuş hər 600 m (2000 ft) məsafədə qəza meydançaları mövcuddur.

Tunel marşrutu üzrə sürət həddi 70 km/saatdır (43 mil/saat).

Yaranmış problemlər

[redaktə | mənbəni redaktə et]

1 mart 2011-ci il tarixində Şəhər Planlaşdırma Palatasının İstanbul şöbəsi, layihənin əhaliyə ziyan vurduğunu, bölgə planının olmadığını və tarixi binaların məhv ediləcəyi barədə məlumatın olmadığını iddia edərək, Qoruma Şurasının qərarına qarşı məhkəməyə müraciət edir.

  1. "Istanbul's $1.3BN Eurasia Tunnel prepares to open". Anadolu Agency. 19 December 2016. 14 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2021.
  2. "Eurasia Tunnel opens, linking Europe and Asia in 15 minutes". Daily Sabah. 20 December 2016. 14 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2021.
  3. "Eurasia Tunnel Toll Rates as of 1 February 2021". Avrasya Tüneli. February 1, 2021. May 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2021.
  4. "Eurasia Tunnel Project, Istanbul, Turkey". Road Traffic. 2014-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-15.
  5. "Eurasia Tunnel Project" (PDF). Unicredit - Yapı Merkezi, SK EC Joint Venture. 2016-01-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-04-13.