Qumqapı (türk. Kumkapı) — İstanbulun Fateh ilçəsində yerləşən səmt. Mərmərə dənizinin şimal sahilini əhatə edir. Şərqində Kadırqa, şimalında Gedikpaşa, cənubunda Yeniqapı Qumqapı şəhərin ermənilərin sıx məskunlaşdığı bölgəsidir. Burada erməni məktəbləri və kilsələri yerləşir. İstanbul Erməni Patriarxlığı Qumqapıdadır. Məhəllə balıq restoranları və meyxanaları ilə məşhurdur. Buna görə bir çox turistin diqqətini cəlb edir.
Qumqapı | |
---|---|
41°00′15″ şm. e. 28°57′52″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bizans dövründə səmt yunan dilində Kontoskalion adı ilə çağırılırdı.
Əvvəllər Sirkəci-Halqalı metro xəttinin bir stansiyası Qumqapıda yerləşirdi. 2013-cü ildə Marmaray xəttinin açılışından sonra stansiya bağlanmışdır. Qumqapının dənizə çıxışı da var.