Avropa Avropa (teleserial, 2011)

Avropa Avropa 2011-ci ildən 2013-cü ilə qədər TRT 1-də yayımlanan sitcom janrında Türkiyə serialıdır.

Avropa Avropa
Janr Sitcom
Rejissor Şafak Bal
Prodüser Banu Akdeniz
Ssenarist

Fethi Kantarcı

Saygın Delibaş

Barkın Şenüren
Rollarda Tarık Papuççuoğlu
Günay Karacaoğlu
Zuhal Topal
Şehsuvar Aktaş
Selen Seyven
Burak Serdar Şanal
Ahmet Saraçoğlu
Bahar Süer
Kadir Çöpdemir
Montajçı Bülent Terzioğlu
İstehsalçı ölkə
İl 25 sentyabr 201127 noyabr 2013
Dil Türkcə
Növü Serial
Rəng Rəngli

31 dekabr 2011-ci ildən, yəni yeni ildən Türkiyənin Avropa Birliyinə üzv olacağını Egemen Bağış bildirir. Bu hadisənin İstanbulda "Avrupa" binası sakinlərinə təsiri göstərilir. Koparan ailəsi ilə Beceren ailəsi arasındakı mübahisələr ön plandadır. Koparan ailəsinin qızı Gül ilə Beceren ailəsinin oğlu Can arasında sevgi münasibəti, bunu gizlətmək üçün etdikləri də serialın mövzularındandır. Serialın başqa mövzusu isə Ferdi ilə Mahirin iş ortaqları olduqları halda Gülbahar ilə Nermin arasındakı mübahisələrə görə bunu onlara deməyi bacarmadıqlarıdır.

Serialın 2-ci mövsümündə Gül və Canın evləndikdən sonra çəkdikləri əzablar, 3-cü mövsümdə isə Gül və Nerminin hamilə olmaları ön plandadır.

  • şüarlar: "Sonunda Türkiye AB'ye girdi", "Bundan sonra hiç bir şey eskisi gibi olmayacak!"

Aktyorlar/aktrisalar və rolları

[redaktə | mənbəni redaktə et]
  • Tarık Ünlüoğlu 1-79 (Ferdi Koparan): Koparan ailəsinin atasıdır. Yük maşını sürücüsü olub. Gül və Emre adında iki uşağı var. Tez-tez Mahirlə dava edir. 3-cü mövsümdə şirkətin yeni şöbəsini açmaq üçün həyat yoldaşı Gülbaharla İraqa getdiyi bilinir.
  • İpek Tuzcuoğlu 1-13/Ebru Cündübeyoğlu 14-79 (Gülbahar Koparan): Koparan ailəsinin anasıdır. Uşaqlarını çox sevən, təmizkar türk anasıdır. Qarşı mənzildəki qonşusu Nermin Becerenle həmişə dava edir. Ferdi ilə birlikdə bir müddətlik İraqa getmişdir.
  • Zuhal Topal 1-91 (Nermin Beceren): Beceren ailəsinin anasıdır. Mahirin həyat yoldaşı, Canın anasıdır. Avropaya meyilli şəhər qadınıdır. Bəzən ingiliscə sözlər işlədir. Gülbaharla həmişə dava edir. 79-cu bölümdə əkiz uşaqlara hamilə qaldığını deyir.
  • Şehsuvar Aktaş 1-91 (Mahir Beceren): Beceren ailəsinin atasıdır. Ferdi ilə birlikdə meyvə-tərəvəz satışı ilə məşğuldur. Evdə Nermin ona tərəvəz yeməkləri yedirtsə də, işə gedəndə ət yeməklərindən doyur. Ferdi ilə həm quda, həm də ortaqdır.
  • Tarık Papuççuoğlu 80-91 (Ayhan Gürleyen): Keçmişdə pəhləvan olub. Hələ də özünü pəhləvan saydığına görə həyat yoldaşı Saadetlə evliliyi boşanma pilləsinə çatmışdı. 3-cü mövsümdə Ferdi və Gülbahar olmadığı üçün Emreyə baxmağa gəlmişdir.
  • Günay Karacaoğlu 80-91 (Saadet Gürleyen): Gürleyen ailəsinin kraliçasıdır. 3-cü mövsümdə Ferdi və Gülbahar olmadığı üçün Emreyə baxmağa gəlmişdir. Gələn kimi Nerminlə dava etmişdir.
  • Kadir Çöpdemir 1-91 (Muhtar Hıdır): Məhəllənin keçmiş muxtarıdır. Tekinin ən yaxşı dostudur. 1-ci mövsümdə Avropa Fəxri məsləhətçisi idi. 2-ci mövsümdə Tekinlə birlikdə ATM Kafeni işlədirdi.
  • Durul Bazan 1-79 (Tokatçı Tekin): Koparan ailəsinin dayısıdır. Soyadı Tokatlıdır, amma sənəd düzəldərkən soyadı səhvən "Tokatçı" yazılmışdır. Hiyləgərdir. "Panpiş"i Muhtarla hansı işə girsələr bacarmazlar. Matmazel Katrine ilə 2-ci mövsümdə evlənir. 3-cü mövsümdə evliliyini xilas etsin deyə Matmazelin arxasınca Fransaya gedir.
  • Selen Seyven 1-91 (Gül Koparan Beceren): Koparan ailəsinin qızıdır. 2-ci mövsümdə Cana ərə getmişdir. Qısqanc və axmaqdır. Qayınanası Nerminlə rəqabət aparır. 79-cu bölümdə hamilə olduğu bilinir. Hamiləlik dövründə Cana əzab verir.
  • Burak Serdar Şanal 1-91 (Can Beceren): Beceren ailəsinin oğludur. 2-ci mövsümdə ailəsinə və Ferdiyə fikir verməyərək Gül ilə evlənir. 3-cü mövsümdə ata olmağa hazırlaşır.
  • Ahmet Saraçoğlu 80-91 (Malik): Kayserinin məşhur iş adamı idi, amma Nezahat ilə evlənmək üçün mal-dövlətinin 3/4 hissəsini vermişdir.
  • Bahar Süer 80-91 (Nezahat): Mahirin ögey bacısıdır. Evləndikdən sonrakı gün həyat yoldaşı ilə birlikdə İstanbula "Avrupa" binasına köçürlər.
  • Simge Selçuk 1-79 (Matmazel Katrine): Fransız türkoloqdur. 1-ci mövsümdə Türkiyəyə araştırma aparmaq üçün gəlmiş və İstanbulda "Avrupa" binasına yerləşmişdir. 2-ci mövsümdə ATM Kafedə aşpazlıq edir. Tekin ilə evlidir. 3-cü mövsümdə Fransaya getmişdir.
  • Barış Refikoğlu 1-53 (Mehmet Ali Giritli): "Avrupa" binasının qapıçısıdır. Bəzi seriyalarda kafedə gitara çalırdı. Həmçinin o gitara sayəsində Yeşim ilə evlənmişdir.
  • Zehra Evliya 1-53 (Yeşim Giritli): "Avrupa" binasının qapıçısıdır. Mehmet Ali ilə evlidir. Bir oğlu var.
  • Şükran Ovalı (Melisa): Gülün rəfiqəsidir. Dəlidir. Amma dəliliyini ancaq Can görür.
  • Durukan Çelikkaya 1-91 (Emre Koparan): Koparan ailəsinin oğludur. Hiyləgərlikdə dayısı ilə rəqabətdədir. Didemi sevirdi.