Avropa Super Liqası — Avropanın on iki futbol klubu tərəfindən yaradılan futbol turniri. Turnirin yaradılması haqqında qərarı "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", "Barselona", "Atletiko", "Real", "Milan", "İnter" və "Yuventus" futbol klubları qəbul edib.[1] Təşkilatın ilk sədri olaraq Florentino Peres təyin edilmişdir.
Açılış ili | 18 aprel 2021 |
---|---|
Komandaların sayı | 20 |
Şüar | "The Best Clubs. The Best Players. Every Week" |
Veb səhifəsi | https://thesuperleague.com/ |
Lakin Super Liqanın yaradılması "UEFA" və "FIFA"nın etirazına səbəb oldu. UEFA və FIFA Super Liqa klublarını milli, Avropa və dünya turnirlərindən kənarlaşdıracaqlarını və oyunçuların milli komandalarında oynamaq imkanını itirəcəklərini bəyan ediblər.[2]
Bir müddət sonra komandalardan 9-u turniri tərk etdi. Hazırda turnirdə sadəcə 3 futbol klubu (Barselona, Real Madrid və Yuventus) iştirak edir.[3]