Barselona FK (isp. Fútbol Club Barcelona, kat. Futbol Club Barcelona) — Barselona şəhərini təmsil edən Kataloniya bölgəsindən olan ispan futbol klubu.
FK Barselona | ||||
---|---|---|---|---|
Futbol Club Barcelona | ||||
Klubun tam adı |
Futbol Klubu Barselona (isp. Fútbol Club Barcelona[1]) |
|||
Ölkə | İspaniya | |||
Ləqəb(lər) |
Barça (Barça) Blaugranas (Göy-qırmızılar) Cataloness (Kataloniyalılar) |
|||
Rəng(lər) | Göy-Qırmızı | |||
Yaranma tarixi |
29 noyabr 1899 Foot-Ball Club Barcelona kimi ) |
|||
Stadionu | Kamp Nou | |||
Tutumu | 99 354[2] | |||
Prezidenti | Xuan Laporta | |||
Baş məşqçisi | Hansi Flik | |||
Liqa | La Liqa | |||
2023-24 | 2 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1899-cu ildə Joan Gamper başçılıqı ilə bir qrup İsveçrə, İngiltərə və Kataloniyadan olan futbolçularla birlikdə qurulan klub, Kataloniya mədəniyyətinin və katalanizmin simvoluna çevrildi, məhz buna görə klubun devizi Més que un club (Bir klubdan daha artıq) oldu. Dünyanın ən bahalı (4.08 milyard) və ən zəngin (840.8 milyon) birinci komandasıdır.[3][4] Rəsmi Barselona himni Cant del Barça, Jaume Picas və Josep Maria Espinas tərəfindən yazılmışdır.[5]
Ölkə yarışlarında Barselona 26 La Liqa, 30 Kral Kuboku, 13 İspaniya Superkuboku və 2 İspaniya Liqa Kuboku, 3 Yeva Duarte Kuboku sahibidir. Ölkədaxili ən çox kubok qazanan komandadır (74). Həmçinin , Top 5 liqada ən çox rəsmi kubok sahibi olan komandadır (91). Beynəlxalq yarışlarda isə klub Barselona 5 UEFA Çempionlar Liqası, 5 UEFA Superkuboku, 4 UEFA Kuboklar Kuboku, 3 FİFA Klublararası Dünya Çempionatı qazanıb.[6]
Barselona dünyanın ən çox dəstəklənən komandalarından biridir və idman komandaları arasında dünyanın ən böyük sosial mediasına sahibdir.[7][8] Bundan başqa Ronaldo, Romario və Ronaldinyo da daxil olmaqla FİFA-nın ilin ən yaxşı oyunçusu mükafatını rekord sayda 7 dəfə qazanıb, o cümlədən Qızıl top mükafatını 11 dəfə qazanıblar. 2010-cu ildə klubun gənclər akademiyasından gələn Lionel Messi, Andres İnyesta və Xavi FİFA Qızıl topu mükafatının ən yaxşı üç oyunçusu seçiliblər.
Barselona, Atletik Bilbao və Real Madrid ilə birlikdə 1929-cu ildə qurulduğu gündən bəri La Liqanı heç vaxt tərk etməyən 3 klubdan biridir. 2009-cu ildə Barselona, La Liqa, Kral Kuboku və UEFA Çempionlar Liqası ibarət üç turnirdə qalib gələrək trebl və həmçinin, bir ildə altı turnirin hamısını qazanan ilk ispan futbol klubu oldu, bundan əlavə həmin il İspaniya Superkuboku, UEFA Superkuboku və FİFA Klublararası Dünya Çempionatının sahibi oldu. 2011-ci ildə klub yenidən UEFA Çempionlar Liqası çempionu oldu və beş kubok qazandı. Pep Qvardiolanın rəhbərliyi altında cəmi 4 ildə 14 kubok qazanan bu Barselona komandası, çoxlu futbol azarkeşləri tərəfindən futbolun bütün zamanlarının ən yaxşı komandası kimi hesab edilir. 2015-ci ildə UEFA Çempionlar Liqası kubokunu qazanan Barselona, futbol tarixində iki dəfə trebl qazanan ilk Avropa klubu oldu. Barselona Liqanı 27 dəfə qazanıb.
22 oktyabr 1899-cu il tarixində İsveçrə idmançısı Joan Qamper "Los Deportes" (azərb. İdman) qəzetində şəhərdə bir futbol klubu yaratmaq istədiyini açıqlayır.
Bu istəyə verilən müsbət cavab 29 noyabrda "Sole" gimnaziyasında bir yığıncağın təşkil edilməsi ilə nəticələnmişdir. Bu yığıncağa daha sonra klubun birinci prezidenti olmuş Valter Vayld və klubun ikinci prezidenti olmuş Bartomeu Terradas da daxil olmaqla, 11 nəfər qatılmışdır. Bu yığıncaqda alınan qərar ilə "Foot-Ball Club Barcelona" yaranmışdır.[10]
FK Barselona, Kataloniya Çempionatı və İspaniya Kral Kubokunda mübarizə apararaq regional və ölkə kuboklarında uğurlu qazandı. 1902-ci ildə klub ilk kubokunu, Copa Macaya-nı qazandı və finalda Bizkayaya 1–2 hesabı ilə uduzaraq ilk İspaniya Kral Kuboku iştirak etdi.[11] 1908-ci ildə klubun həmtəsisçilərindən biri və onun keçmiş hücumçusu Qamper ilk dəfə klubun prezidenti oldu. Bu, klub dağılmaq ərəfəsində olanda baş verdi: 1905-ci ildə Kataloniya çempionatında qalib gəldikdən sonra klub üç il ərzində heç bir kubok qazana bilmədi, maliyyə vəziyyəti də kəskin şəkildə pisləşdi. Daha sonra Qamper beş dəfə yenidən klubun prezidenti seçildi. Joan Qamper, klunun başına keçmədən əvvəl, Barselona direktorlar Şurası iclasında bu sozləri soylədi:
"Barselona ölə bilməz. Və ölməyəcək. İndi heç kim klubun işinə qarışmaq istəmirsə, bunu özüm edəcəm. Əminəm ki, futbol ümumiyyətlə anormal görünsə də mənə şübhə etməyənlər tərəfindən dəstəklənəcəkdir. Bu gündən etibarən məni klubun işlərindən çıxmağa məcbur edən ədalətsizliyi və aldadıcılığı unutmaq istəyirəm və mübarizə aparmaq istəyirəm ki, bir gün hamımız birlikdə ayaqlarımıza qayıdaq ...[12]
Qamperin ən böyük nailiyyətlərindən biri Barçaya öz stadionunu almağa kömək etmək idi. 14 mart 1909-cu ildə komanda 8000 tamaşaçı tutumu olan Camp de la Industria stadionuna "köçdü".
Qamper klub üzvlərinin sayını artırmaq üçün də kampaniyaya başladı və 1922-ci ilə qədər onların sayı 10.000-i keçdi. Eyni 1922-ci ildə komanda yenidən ev arenasını dəyişərək Kamp de Les Korts stadionuna keçdi; Stadionun ilk tutumu 22.000 idi, sonradan təsir edici 60.000-ə qədər genişləndi.
1912-ci ildə Qamper bu komandaya 13 illik karyera (1912–1916, 1918–1927) bəxş edəcək filippinli-ispan hücumçu Paulino Alkantaranı kluba dəvət etdi, bu müddət ərzində 357 qol vuraraq, tarixinin bombardiri oldu. Klub və Barselonada oynamış dünyaca məşhur futbol ustaları uzun bir sıra açır.
1912–1916-cı illərdə komandanın keçmiş futbolçusu Qamperin təklifi ilə 1917-ci ildə komandanı 1924-cü ilə qədər çalışdıran ingilis Cek Qrinvel Barsanın baş məşqçisi oldu. Bu tədbirlər klubdakı vəziyyəti yaxşılaşdırmağa kömək etdi. Nəhayət, Qamper dövründə Barselona on bir Kataloniya Çempionatı, altı İspaniya Kuboku və dörd Pireney Kubokunu qazanaraq klubun ilk qızıl dövrünü qeyd etdi.
Klubun möhtəşəm 1920-ci illərinin ortasında Barselona, siyasi sıxıntılarından əziyyət çəkməyə başladı. 14 iyun 1925-ci ildə tamaşaçılar Katalan Orfey xorunun şərəfinə Primo de Rivera diktaturası altında ləğv edilmiş İspaniya Krallığının rəsmi himni olan Royal Martı səsləndirdi. Cavab olaraq, Barselona stadionu altı ay müddətinə hakimiyyət tərəfindən bağlandı (sonra müddət üçə endirildi) və Gamper klub prezidenti olaraq istefa verməyə məcbur oldu. Klubun qurucusu, 30 iyul 1930-cu ildə şəxsi və maddi və depressiya problemlərindən intihar etdi.
Komandada hələ Xosep Eskoola kimi çox yaxşı oyunçu olsa da, klub uğursuzluq dövrünə qədəm qoydu, çünki ölkədəki siyasi qarşıdurmalar idmanı cəmiyyətin ikinci planına atdı. Barsa üç cəbhədə bir anda böhranla üzləşdi: maliyyə, sosial (klub üzvlərinin sayı daim azalmaqda idi) və idman (komanda ardıcıl olaraq Kataloniya çempionatlarında qalib gəlsə də, İspan səviyyəsində uğur qazana bilmirdi. 6 avqust 1936-cı ildə Fransisko Franko ordusunun əsgərləri, Guadarrama yaxınlığında, klub prezidenti Xosep Sunolu həbs edərək öldürdülər. 1937-ci ilin yayında baş məşqçi Patrick O'Konnellin rəhbərlik etdiyi komanda İkinci İspan Respublikasının səfirləri sayıldıqları ABŞ və Meksikaya qastrol səfərinə getdi. Bu zaman İspaniyanın özündə Vətəndaş müharibəsi sürətlə gedirdi. Bu səfər klubun maddi vəziyyətini yaxşılaşdırdı, ancaq bundan sonra komandanın yarıdan çoxu Meksika və Fransaya sığınıb İspaniyaya qayıtmadılar.
16 mart 1938-ci ildə Frankonun aviasiyası Barça sosial klubuna bomba atdı və böyük ziyana səbəb oldu. Bir neçə aydan sonra Barselona şəhəri frankoistlər tərəfindən işğal olundu və klub, "laqeyd olmayan" katalan millətçilərinin simvolu olaraq bir sıra ciddi problemlərlə üzləşdi. O vaxta qədər klub üzvlərinin sayı 3486-a düşmüşdü.
Vətəndaş müharibəsinin sonunda qurulmuş Franko diktaturası altında Katalan dili və bayrağı qadağan edildi (separatizmə qarşı mübarizənin bir hissəsi kimi). Ayrıca, futbol klublarına ispan olmayan adlardan istifadə qadağan edildi. Nəticədə 1941-ci ildə komanda adını köhnə, İngilis dilli Futbol Klubu Barselonadan "düzgün" İspan Club de Fútbol Barcelona olaraq dəyişdirməyə məcbur oldu; bu ad altında klub 33 il mövcud olacaq. Eyni zamanda, Kataloniya bayrağı gerbdən çıxarıldı.
1943-cü ildə Generalissimo Kubokunun ilk yarımfinal matçında Les Kortsda komanda Real Madridi 3:0 hesabı ilə məğlub etdi, ama Madrid cavab görüşündə 11:1 hesablı qələbə qazandı.
Çətin siyasi vəziyyətə baxmayaraq, klub 1940–1950-ci illərdə böyük uğurlar qazana bildi. 1945-ci ildə komanda 1929-cu ildən bəri ilk dəfə İspaniya çempionluğunu qazandı, qalib heyətə Xosep Samitier rəhbərlik edir, Sezar Rodriqez, Entoni Ramalletz və Xuan Velasko kimi ustalar komanda üçün oynayırdılar. 1948 və 1949-cu illərdə komanda daha iki çempion titulunu qazandı. 1949-cu ildə Latın Kuboku qazandı.
Baş məşqçi Ferdinand Daucik və bəzi mütəxəssislərin bütün dövrlərin ən yaxşı Barselona oyunçusu hesab etdiyi Ladislao Kubala rəhbərliyi altında 1952-ci ildə komanda beş kubok aldı: İspaniya çempionatı, İspaniya Kral Kuboku, Latın Kuboku, İspaniya Superkuboku, Martini və Rossi Kuboku. 1953-cü ildə komanda dublya imza ataraq çempionluğu və İspaniya kubokunu qazandı. 1957 mövsümündə İspaniya kubokunda daha bir qələbə qazandı. 1958-ci ildə Yarmarkalar kubokunu qazandı.
Qələbələrin davamı yeni baş məşqçi Helenio Herreranın rəhbərliyi altında davam etdi. 1957-ci ildə yeni istifadəyə verilən Kamp Nou klubun yeni stadionu oldu. O dövrdə, 1960-cı ildə Avropada ilin futbolçusu olmuş gənc Luis Suarez və vətənlərini tərk edən əfsanəvi Macarıstanın qızıl komandasından olan iki macar, Sandor Koçis və Zoltan Cibor gücləndi. Bu heyət ilə Barsa 1959-cu ildə bir ölkə dubl etdi (çempionat və İspaniya kuboku) və 1960-cı ildə öz tarixində ikinci Yarmarkalar Kubokunu və yenidən milli birincilik qazandı. Berndə Çempionlar Kubokunun finalında İspanlar Portuqaliyanın Benfika komandasına 2:3 hesabı ilə məğlub oldular. 1960-cı illər klub üçün o qədər də uğurlu alınmadı: iki İspaniya Kral Kuboku (1963 və 1968) və 1966 Yarmarkalar Kuboku. 1974-cü ildə komanda orijinal adına — Futbol Klubu Barselona qaytarıldı.
1973–1974 mövsümündə komandaya Barsanın yeni əfsanəsi olacaq hollandiyalı hücumçu Yohan Kroyff qoşuldu. Artıq Ayaksda oynarkən özünü futbol ustası kimi tanıdan Kroyff tezliklə komandanın lideri oldu. O, çox tez Barsa azarkeşlərinin sevimlisinə çevrildi, bundan əlavə, oğluna katalan adı — Jordi verdi. 1974-cü ildə Kroyff sayəsində Barselona 1960-cı ildən bəri ilk dəfə La Liqanı qazandı və eyni zamanda El Klassikoda Real Madridi Santiaqo Bernabeuda 5:0 hesabı ilə məğlub etdi. Barsada, ilk mövsümündə Kroyff Avropanın ilin ən yaxşı futbolçusu seçildi. 1978-ci ildə Kroyff klubdan ayrıldı və ABŞa oynamağa getdi.
1978-ci ildə Xosep Luis Nunyes klubun prezidenti seçildi. Klubun rəhbəri kimi əsas hədəfləri Barsanı dünya səviyyəli bir kluba çevirmək və maliyyə sabitliyini təmin etmək idi.
Nunyesin dövründə Barsa iki Kuboklar kubokunu qazandı — 1978/79 (əlavə vaxtda Fortuna Düsseldorf üzərində finala qələbə) və 1981/82 Standard Lyeji 2:1 məğlub etdi; həmçinin komanda üç Kral Kubokunu qazandı (1980/81, 1982/83, 1987/88).
1981/1982 mövsümünün başlamazdan əvvəl, komanda ilə Kuboklar kubokunu qazanmağı bacaran Alman Udo Lattek klubun məşqçisi təyin edildi. 1982-ci ilin iyun ayında komanda argentinalı Boka Xuniorsdan o dövrdə rekord bir transfer məbləği — 3 milyon funt sterlinqə gələn argentinalı Dieqo Maradona ilə gücləndirildi, lakin çox keçmədən, 1984-cü ildə super ulduz, İtaliyanın Napoli klubu tərəfindən dünya transfer rekordunu qıraraq transfer edildi (5 milyon funt).
1984/1985 mövsümündən əvvəl İngilis Terri Venables klubun məşqçisi təyin edildi. Almaniyanın yarımmüdafiəçisi Bernd Şuster də kluba qoşulub. 1984/1985 mövsümündə komanda inamla İspaniya çempionatını qazandı. Növbəti mövsüm isə Çempionlar Kubokunun finalına çatdı, burada Sevilyanın Ramon Sançez Pisxuan stadionunda Rumıniyanın Styaua Buxarest klubuna yalnız penalti seriyasında məğlub oldu.
1986-cı ilin yayında ingilis hücumçu Qari Lineker, uelsli hücumçu Mark Hücs və ümidverici bask qapıçısı Andoni Zubizarreta kluba gəldi. Eyni zamanda, Bernd Schuster əzəli rəqib — Real Madridin düşərgəsinə keçərək komandanı tərk etdi. 1987/1988 mövsümündə isə komandanın başına Luis Araqones gətirildi. Həmin mövsüm klubun İspaniya Kubokundakı qələbəsi ilə başa çatdı (Real Sosyedad finalda 1–0 məğlub edildi).
1988-ci ildə Yohan Kroyff baş məşqçi kimi Barselonaya qayıtdı. Onun baş məşqçi olduğu müddətdə Barselonada Xosep Qvardiola, Xose Mari Bakero, Beqiristayn, Ronald Kuman, Romario və Hristo Stoiçkov kimi tanınmış ulduzlar çıxış edirdi. Bütün bu futbolçular oynadığı oyunla komandanı dünyaya sevdirdi və klub Arzuların komandası kimi adlandırılırdı. Klub 1989-cu ildə Kuboklar Kuboku turnirinin finalında Sampdoriyaya 1–0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırdı. 1991–94-cü illərdə La Liqada ardıcıl olaraq 4 çempionluq qazanıldı. 1992-ci ildə isə UEFA Çempionlar Liqası finalında Sampdoriya ilə qarşılaşmanın əsas vaxtı 0–0 bitsə də, əlavə edilən vaxtda (111-ci dəqiqədə) Ronald Kuman cərimə zərbəsindən möhtəşəm zərbə ilə topu rəqib qapısından keçirdi və klub ilk Çempionlar Liqasını kubokunu qazandı. Bundan başqa klub 1 dəfə İspaniya Kral Kuboku (1990), 1 dəfə UEFA Superkuboku (1992) və 3 dəfə İspaniya Superkuboku başı üzərində qaldırdı.
Bir müddətdən sonra qələbə seriyası sona yaxınlaşdı və komandada uğursuzluqlar başladı. Bunun nəticəsidir ki, klub 1994-cü ildə Çempionlar Liqasının Afinada keçirilən final oyununda Milana məğlub oldu. 1996-cı ildə Kroyff klubdan ayrıldı.
Kroyffun klubu tərk etməsindən sonra onun yerinə ingilis Bobbi Robson gətirildi və o bu postda 1 il işlədi, lakin bu 1 ildə kluba 3 kubok qazandırdı (Kral Kuboku, İspaniya Superkuboku və Kuboklar Kuboku). Hal-hazırkı dövrdə belə məşhur olan: Kataloniya ölkə, Barselona isə onun ordusudur ifadəsini də məhz ser Bobbi Robson işlətmişdi. 1997-ci ildə onu holland Luis van Qaal əvəz etdi. Həmçinin klub Luiş Fiqu, Luis Enrike və Rivaldo kimi oyunçularla gücləndirdi. Həmin mövsüm komanda La Liqa və Kral Kubokunu qazandı. 1999-cu ildə də komanda yubileyini La Liqada çempion olaraq qeyd etdi. Yubiley ilində komandanın liderlərindən olan Rivaldo Avropanın ən yaxşı futbolçusu adına layiq görüldü.
2003-cü ildə Xuan Laportanın Barsa prezidenti seçilməsi ilə oyunçu kimi Ayaks və Milanda xarüqələr yaradan gənc Frank Raykard baş məşqçi postuna təyin edildi. Raykard işə başlaması ilə klub əvvəlki şöhrətini qaytarmağa başladı. 2003-cü ildə transfer edilən braziliyalı ulduz Ronaldinyo komandanın 2003–04 mövsümündə La Liqada ikinciliyi əldə etməsində böyük pay sahibi oldu. 2004-cü ilin yayında komandaya Deko, Henrik Larsson, Samuel Eto'o, Ludovik Culi və Rafael Markes kimi tanınmış oyunçular cəlb edildi. Həmin oyunçular klubun yetirmələri olan Karles Puyol, Xavi, Andres İnyesta və Viktor Valdes kimi futbloçularla klubu daha böyük uğurlara daşıdılar.
2004–05 mövsümündə Barsa La Liqa və İspaniya Superkubokunu qazandı və komandanın liderləri olan Ronaldinyo və Samuel Eto'o FIFA tərəfindən elan edilən İlin ən yaxşı futbolçusu mükafatı verilə Qızıl top müvafiq olaraq 1-ci və 3-cü yerə layiq görüldülər.
2005–06-cı ildə Barsa əzəli rəqibi Real Madridi Santyaqo Bernabeuda 3–0 hesabı ilə məğlub etdi və Raykaard Barsada əzəli rəqibini iki dəfə məğlub edən baş məşqçi kimi tarixə düşdü. Həmin oyununun qəhrəmanı Ronaldinyo idi (qollardan ikisini o vurmuşdu). Braziliyalı futbolçu həmin görüşdə o dərəcədə möhtəşəm çıxış etmişdi ki, madridli azarkeşlər onun meydançanı tərk etməsi zamanı alqışlamışdılar. Digər golu isə Kamerunlu hücumçu Samuel Eto'o vurmuşdu. Həmin mövsüm Barsa ardıcıl olaraq ikinci dəfə La Liqa və İspaniya Superkubokunu əldə etdi. Bununla yanaşı Çempionlar Liqasının finalında Arsenalı, Samuel Eto'o və Juliano Bellettinin qollarıyla klub ikinci çempionluğunu əldə etdi. 2006–2007 mövsümünün əvvəllərində Barsanın əsas oyunçularının zədələnməsi ilə klub çətin vəziyyətə düşdü. Klubdaxili baş verən hadisələr oyunlara da təsir edirdi. Samuel Eto'o ilə baş məşqçi Raykard və Ronaldinyo arasında münasibətlər yaxşı deyildi. Ronaldinyo əvvəlki formasından uzaq idi. Klublararası Dünya Kuboku finalında Braziliyanın İnternasional klubuna məğlub olan katalonlar Kral Kubokunun 1/2 finalında Xetafe, Çempionlar Liqasının 1/8 finalında isə Liverpul səddini aşa bilmədi. Mövsüm boyu klub La Liqada lider olsa da, sonradan bəzi oyunlarda vacib xalların itirilməsi ilə çempionluq şansını çətinə saldı. Çempionatın sonunda isə klub əzəli rəqibi Real Madridlə eyni sayda xal toplasa və top fərqində üstün olsa da, aralarındakı oyunlarda alınan nəticələrə görə çempionluğu Real Madrid əldə etdi.
2007–08-ci il mövsümündə Barselona hollandiyalı Frank Raykardın başçılığı altında o qədər də yaxşı çıxış etmədi. Klub La Liqada Real Madrid və Vilyarrealdan xeyli geri qalaraq 3-cü yerdə qərarlaşdı. Bu azmış kimi klub Kral Kubokunda Valensiyaya uduzdu. Çempionlar Liqasında isə İngiltərənin Mançester Yunayted klubu keçilməz oldu. Bu nəticələrdən sonra Barselona rəhbərliyi Frank Raykard istefaya göndərildi.
2008-ci il mövsümünün əvvəlində keçirilən prezident seçkilərində qalib gələn Laporta baş məşqçi postuna Pep Qvardiolanı gətirdi. Klub Zambrotta, Deko, Ronaldinyo, Edmilson ilə yollarını ayırdı. Heyətin yenidən qurulması üçün Daniel Alves, Jerar Pike, və Seydu Keyta kimi oyunçuların alınmasına və Puyol, Xavi, Inyesta, Rafael Markes, Valdes, Messinin müqaviləsinin uzadılmasına 90 milyon avro sərf edildi.
La Liqada Mövsümün ilk iki turunda Barsa xallar itirsə də, 3-cü turundan başlayaraq komanda qələbələri sıralamağa başladı və lider mövqeyinə yüksəldi. 15-ci turda əzəli rəqib Real Madrid Nou Kampda 2–0 (Eto'o və Messi) hesabı ilə məğlub edildi və ikinci pillənin sahibi olan madridlilərlə xal fərqi 12-yə yüksəldi. Komandanın Kral Kuboku və UEFA Çempionlar Liqasında da işləri yaxşı gedirdi. UEFA Çempionlar Liqasında klub Qrup mərhələsini 1-ci pillədə bitirərək 1/8 finala vəsiqə qazandı.
17 yanvar 2009-cu ildə Barsa La Liqada yeni rekord müəyyənləşdirdi. 19 oyununun 16-da qələbə, 2-də heç-heçə əldə edən və yalnız 1-də məğlub olan katalonlar mövsümün ilk yarısını 50 xal toplayaraq və 57 qol vuraraq başa vurdular ki, bu da yeni rekord idi.
Mövsümün ikinci yarısına da yaxşı başlayan katalonlar Çempionlar Liqasının 1/8 finalında Lion'u və 1/4 finalda Bayern Münheni mübarizədən kənarlaşdıraraq yarım-finala çıxdı və Çelsi ilə rəqib oldu. Nou Kampdakı ilk qarşılaşmada 0–0 hesabı qeyd alındı. Həmin həftəsonu keçirilən Real Madridlə oyunda isə komanda 6–2 hesablı tarixi qələbə qazandı. Növbəti həftə keçirilən çempionlar liqası yarım-final cavab qarşılaşmasında Barsa səfərdə Andres İnyestanın vurduğu son dəqiqə qolu ilə hesabı 1–1 elədi və iki oyunun nəticəsinə görə Çelsidən üstün olaraq finala çıxdı.
13 may Barsa Kral Kubokunun finalında Valensiyanın Mestalya stadionunda Atletik Bilbao ilə qarşılaşdı və mübarizədən 4–1 hesablı qələbə ilə ayrılaraq kuboku 25-ci dəfə muzeyinə apardı. Həftəsonu isə La Liqada keçirilən qarşılaşmalardan sonra Barsa rəsmi olaraq çempionluğunu elan etdi. Növbəti hədəf isə çempionlar liqası finalında Mançester Yunaytedə qalib gələrək bu kuboku qazanmaq idi.
27 may Barselona çempionlar liqası finalında Mançester Yunaytedlə qarşılaşdı. 10-cu dəqiqədə Samuel Eto'o və 70-ci dəqiqədə Messinin vurduğu qollar Barsaya 2–0 hesablı qələbə qazandırdı və Barsa 3-cü dəfə UEFA Çempionlar Liqası kubokunu başı üzərinə qaldırdı. Bununla da 2008–09 mövsümündə iştirak etdiyi 3 turnirdə də qızıl medallara yiyələnən katalonlar İspan futbolu tarixində təkrarlanması çətin olan bir mövsümdə 3 kubok qazanmış yeganə klub kimi tarixə düşdülər.
2009–2010 mövsümü başlanmamışdan əvvəl klub çox önəmli bir futbolçu ilə yollarını ayırdı. Belə ki, Kamerunlu hücumçu Samuel Eto'o İtaliyanın İnter klubuna satıldı. Bunun əvəzinə isə məhz İnterdə xarüqələr yaradan İsveçli hücumçu Zlatan İbrahimoviç Barselonaya gətirildi. Klub bu mövsümdə də azarkeşlərini durmadan sevindiridi. Ardıcıl qələbələr klubu La Liqanın lideri etdi. Real Madridlə Nou Kampda oynanılan oyunda 1–0 hesabla qalib gəldilər. Oyunda vurulan yeganə golun müəllifi məhz Zlatan İbrahimoviç oldu. 2010-cu il aprelinda El Klasiko Santiyaqo Bernabeuda baş tutdu. Yenə Barselona Real Madriddən güclü olduğunu sübut etdi. Oyun Barsanın 2–0 (Lionel Messi və Pedro) hesablı qələbəsi ilə başa çatdı. Aprel ayınının sonu isə Barsa üçün uğurlu alınmadı. Belə ki Kral Kubokunda Səfərdə Sevilyaya 3–1 hesablı məğlubiyyət Barselonanı turnirdən kənarlaşdırdı. Daha bir məğlubiyyət isə Çempionlar Liqasında qeydə alındı. Belə ki, elə də güclü hesab edilməyən İtaliyanın İnter klubu öz meydanında 3–1 hesabıyla qalib gəldi. Barselona Nou Kampda ən azı 2–0 hesablı qələbəyə ümid edirdi, lakin Barselona Nou Kampda İnterin ciddi müqavimətlə ilə üzləşdi. Beləcə oyun Barselonanın 1–0 hesablı qələbəsi ilə başa çatdı və Barselona Çempionlar Liqasında mübarizəni dayandırdı, lakin klub mövsümü titulsuz başa vurmadı. La Liqada yenə Barselona çempion oldu.
2010-cu ilin iyun ayında Laportanın klubdan ayrılmasından sonra Sandro Rosell yeni prezident seçildi. Seçki 13 iyun tarixində keçirildi və səslərin 61% aldı. Rosell, Valensiyadan David Vilya və Liverpuldan Xavier Maskeranonu transfer etdi. Cənubi Afrikadakı 2010 FIFA Dünya Kubokunda, La Masiyadan məzun olan Barselona oyunçuları, İspaniyanın dünya çempionu olmasında əhəmiyyətli rol oynadılar. 11 İyulda akademiyadan keçən 7 oyunçu finalda iştirak etdi, İnyesta isə Hollandiyanın qapısına qələbə qolunu vurdu. 2010-cu ilin noyabrında Barselona əzəli rəqibi Real Madridi El Klasikoda 5–0 məğlub etdi. Dekabr ayında 2010 Qızıl top mərasimində finalçıların üçüdə La Masiyanın yetirmələri idi: Lionel Messi, İnyesta və Xavi. 2010–11 mövsümündə Barselona 96 xalla üst üstə üçüncü dəfə La Liqanı qazandı. 2011-ci ilin aprelində klub Kral Kubokunun finalında, Real Madridə 1–0 məğlub oldu. May ayında Barselona UEFA Çempionlar Liqası 2010/2011 finalında, Uembli stadionunda Mançester Yunaytedi 3–1 məğlub edərək çempion oldu. Yay transfer pəncərəsi dövründə Barselona Arsenaldan, öz yetirməsi olan Sesk Fabreqası transfer etdi.
Yayın sonunda Barselona, UEFA Superkubokunun finalında Porto Lionel Messi və Fabreqasın qollarıyla 2–0 məğlub edərək superkubokun sahibi oldu. Bu, klubun rəsmi kubok sayını 74-ə yüksəldərək Real Madridi, rəsmi kubok sayını üstələdi. Superkubok qazanması ilə Qvardiolanı, klub tarixində ən çox kubok qazanmış kimi, tarixə adını yazdırdı.
Dekabr ayında Barselona, qurulduqları gündən bəri ikinci dəfə, Lionel Messi, Xavi və Fabreqasın qollarıyla finalda 2011 Libertadores Kubokunun sahibi Santosu 4–0 məğlub edərək Klublar Dünya Kubokunu qazandı.
2011–12 mövsümündə Barselona UEFA Çempionlar Liqası yarı finalında Çelsiyə məğlub olaraq mübarizəni dayandırdı. Qalıcı müqaviləsi olan və son taktikaları və heyət seçimləri ilə əlaqədar tənqidlərlə Qvardiola, sezon sonunda köməkçisi Tito Vilanova ilə əvəzlənəcəyini və məşqçi vəzifəsindən gedəcəyini açıqladı. Qvardiola, Barselona ilə son kubokunu Kral Kuboku finalında Atletik Bilbaonu 3–0 məğlub edərək qazandı.
2012-ci ilin yayında komandadan ayrılan Xosep Qvardiolanın yerinə koməkçisi Tito Vilanova gətirildi. Yay transfer pəncərəsində Barselona Valensiyadan Erik Abidalin yerinə ispan sol cinah oyunçusu Xordi Albanı transfer etdi. Daha sonra Seydu Keytanın yerinə Arsenaldan Aleksandr Song alındı. Yeni sezona Barselona İspaniya superkubokunda Realla qarşılaşdı. İlk maçda Nou Kampda 3:2 qələbə qazandı, ama ikinci maçda Real Madrid 2:1 qələbə qazandı və səfər qoluna görə qalib gəldi. Daha La Liqada Barselona liqanın ilk dovrəsini 55 xalla məğlubiyyətsiz tamamladı. İlk məğlubiyyət səfərdə Anoetada Real Sosiyedada uduzdu. 26 fevralda Kral Kubokundan 1/4 finalda Real səddini keçə bilmədi. İlk maç Santayaqo Bernabeuda 1:1 bərabərə qaldı, lakin Kamp Nouda Barsa Reala 1:3 məğlub oldu. Buna baxmayaraq Barsa liqada çempionluğu erkən elan etdi. 35-ci turdan Barsa artıq çempiondu. Sezon sonunda xəstəliyə görə Tito Vilanova istefa etdi.
2013/2014 sezonunda Barselona Tito Vilanovanın yerinə Argentinalı Xerardo Martino gətirildi. Daha sonra Barselona Neymar Santosdan alındı.[13] Həmin sezon heç bir uğur qazana bilməyən Martino istefaya göndərildi. 2014–15 mövsümündə Barselona Luis Enrike ilə müqavilə imzaladı və La Liqa, Kral Kuboku və Çempionlar liqasının qalibi olaraq trebl etdi. Mayın 17-də klub 23-cü İspaniya çempionluğunu əldə etdi. Mayın 30-da İspaniya Kubokunda Atletik Bilbaonu məğlub edərək çempion oldu. Daha sonra Çempionlar Liqasının finalında Yuventusu 3–1 hesabıyla məğlub etdi və çempion oldu.
2015–16 sezonunda Xavi və Pedro komandanı tərk etdi, onların əvəzinə Atletiko Madriddən Arda Turan və Sevilyadan Aleiş Vidal alındı, amma transfer qadağasına görə oyunçular ancaq yanvarda oynaya bilərdilər. Mövsümə Barselona UEFA Superkubokunda Sevilya üzərində 5:4 qalibiyyətlə başladı. Daha sonra isə İspaniya Superkubokuda Atletik Bilbaoya iki maç sonunda (0:4, 1:1) məğlub oldu. Çempionlar liqasında işlər o qədər yaxşı getmədi, 1/4 finalda Atletiko Madridə iki maçın sonunda (2:1, 0:2) turu keçə bilmədi. Çempionatda isə Barsa sonuncu turda Qranadanı 3:0 məğlub edərək çempion oldu. Kral Kubokunda məğlub olmadan bütün rəqiblər keçdikdən sonra finalda Sevilyanı 2:0 məğlub etdi.
2016–2017 sezonunda Barselona baş məşqçi Luis Enrikenin başçılığı ölkə daxilində 2 kubok — Kral Kuboku və İspaniya Superkubokunu qazandılar. La Liqada isə yalnız əzəli rəqibi Real Madriddən geri qalaraq 2-ci yerdə başa vurdular. Çempionlar liqasında 1/4 finalda Yuventusa iki maç sonunda uduzaraq mübarizəni dayandırdı. Sezonun ən məhsuldar oyunçusu 57 qolla Lionel Messi oldu.
29 may 2017-ci il tarixində klubun baş məşqçisi postuna Ernesto Valverde təyin olundu. 3 avqusta isə Neymar 222 milyon avro qarşılığında Paris Sen-Jermenə transfer oldu. Avqustda komanda İspaniya Superkuboku finalında Real Madridə ümumi 1–5 hesabıyla məğlub oldu. Daha sonra Andres İniesta komandadan ayrıldı. Kluba Filipe Koutinyo, Usman Dembele və başqaları cəlb olundular. Sezonun sonunda Barselona toplam 93 xalla La liqanın kubokunu başı üzərinə qaldırdı. Çempionlar liqasında qərarlaşdığı D qrupundan lider olaraq çıxan Barselona daha sonra Çelsini məğlub etdi. 1/8 finalda Romaya uduzaraq mübarizəni dayandırdı. Kral kubokunda finalda Sevilyaya 5–0 qalib gələrək kuboku qazandı. İspaniya Superkubokunda finalda Alavesi 3–1 məğlub edərək çempion oldular.
2018-ci ilin avqustun 12-də keçirilən İspaniya Superkuboku finalında Sevilyanı 2–1 hesabıyla məğlub edən Barselona kuboka yiyələndi. Sezon sonunda toplam 87 xalla La Liqanı yenə qazandı. Çempionlar liqasında B qrupundan lider olaraq 1/16 finala vəsiqə qazandı. 1/16 finalda səfərdə Lionla 0–0 heç-heçə edən Barselona ev oyununda 5–1 qalib gəldi. 1/8 finala səfərdə 1–0 evdə isə 3–0 hesabı ilə Mançester Yunaytedə qalib gəldi. Yarımfinalda ilk oyunda Kamp Nouda Liverpula 3–0 hesabı ilə qalib gəlsə də səfərdə 4–0 məğlub oldu. Lionel Messi 12 qolla Çempionlar liqasının, 36 qolla La Liqanın və toplam 51 qolla Avropanın Ən məhsuldar futbolçusu seçilərək 6-cı dəfə Qızıl Buts mükafatına layiq görüldü.
2019-un İyun ayında komandaya Antuan Qrizman və Frenki de Yonq transfer olundu. 2019-cu ili La Liqanı Real Madridlə liderliyi bölüşərək başa vurdu. 2020-ci ilə uğursuz başlayan Barselona İspaniya Superkubokunda Atletiko Madridə 3–2 məğlub oldu və bu Ernesto Valverdeylə yolların ayrılmasına səbəb oldu. Yanvarın 13-ü baş məşqçi postuna Real Betisdən Kike Setiyen gətirildi. Çempionlar liqasında F qrupunda Slaviya Praqa, İnter Milan və Borussiya Dortmund ilə qarşılaşaraq lider olaraq çıxdı. 1/16 finalında Napoli ilə yolları kəsişdi və onları iki maç sonunda 4–2 məğlub etdi, ancaq 1/4 finalda Bayern Münhenə 8–2 hesabıyla məğlub olaraq mübarizəni dayandırdı. 17 avqustda klub Kike Setiyeni baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını və futbol direktoru Erik Abidalidə vəzifəsindən qovulduğunu təsdiqlədi. İki gün sonra Ronald Kuman Barselonanın yeni baş məşqçisi təyin edildi. 27 oktyabrda Xosep Bartomeu prezidentlikdən və idarə heyətinin qalan hissəsindən istefa etdiyini açıqladı.
7 mart 2021-ci ildə Xuan Laporta 54,28% səslə Barselonanın prezidenti seçildi. Komanda Kral kubokunun finalında Atletik Bilbaonu 4: 0 hesabı ilə məğlub edərək, Ronald Kuman dövründə ilk kubokunu qazandı. 5 avqust 2021-ci ildə Barselona və Lionel Messi arasında razılığa gəlinməsinə və hər iki tərəfin yeni müqavilə imzalamaq niyyətində olmasına baxmayaraq, İspaniya Liqası qaydalarının yaratdığı maliyyə və struktur maneələri səbəbindən müqavilə bağlana bilmədi. 10 Avqustda, Liqa 1 komandalarınan olan Paris Sen-Jermenə ilə müqavilə imzalandıqını açıqlandı.
1899—1910
|
1980—1992
|
1992—1995
|
1995—1997
|
1997/98
|
1998/99
|
1999/00
|
2000/01
|
2001/02
|
2002/03
|
2003/04
|
2004/05
|
2005/06
|
2006/07
|
2007/08
|
2008/09
|
2009/10
|
2010/11
|
2011/12
|
2012/13
|
2013/14
|
2014/15
|
2015/16
|
2016/17
|
2017/18
|
2018/19
|
2019/20
|
2020/21
|
2021/22
|
2022/23
|
2023/24
|
2024/25
|
1980—1990
|
1991—1992
|
1992—1995
|
1995—1997
|
1997/98
|
1998/99
|
1999/00
|
2000/01
|
2001/02
|
2002/03
|
2003/04
|
2004/05
|
2005/06
|
2006/07
|
2007/08
|
2008/09
|
2009/10
|
2010/11
|
2011/12
|
2012/13
|
2013/14
|
2014/15
|
2015/16
|
2016/17
|
2017/18
|
2018/19
|
2019/20
|
2021/22
|
2022/23
|
2023/24
|
2024/25
|
1980—1990
|
2001/02
|
2013/14
|
2014/15
|
2015/16
|
2016/17
|
2017/18
|
2018/19
|
2019/20
|
2020/21
|
2021/22
|
2022/23
|
2023/24
|
2024/25
|
Pərəstişkarları Cules kimi tanınır. İspaniyada əhalisinin təqribən 25% Barsa simpatizanları olduğu söylənilir, bu baxımdan yalnız Real Madridən geri qalır (32%). Bütün Avropa boyunca Barselona ən sevimli ikinci klubudur. Klubun üzvlüyü rəqəmləri 2003–04 mövsümündə 100000-dən 2009-cu ilin sentyabrında 170000 qədər artdı. Kəskin yüksəliş Ronaldinyonun və o zamankı prezident Xuan Laportanın ispan və ingilis dillərində onlayn mediaya yönəlmiş media strategiyasının təsiri ilə əlaqələndirildi.
Üzvlükdən əlavə, 2015-ci ildə dünyada penyes deyilən 1,267 rəsmi qeydə alınmış fan-klubu var. Fan-klublar Barselonanı öz ərazilərində tanıtdırır və Barselonaya ziyarət edərkən faydalı təkliflər alırlar. Dünya miqyasında ən yaxşı dəstəklənən komandalar arasında Barselona ikinci ən yüksək sosial mediaya sahibdir. 2017-ci ilin dekabr ayına görə 103 milyondan çox Facebook azarkeşi var və yalnız Real Madriddən geri qalır. Klubun tərəfdarları arasında Papa II İohann Pavel, İspaniyanın keçmiş baş naziri Xose Luis Rodriges Sapatero və ispan aktyor Xavyer Bardem kimi çox sayda görkəmli insanlar var.
Barselona ilə Real Madrid arasındakı əzəli rəqabət El Klasiko adıyla xatırlanmaqdadır. Bu rəqabət İspaniya vətəndaş müharibəsi illərində siyasi sahədə də boy göstərmiş, Katalanlar və Kastilyalılar arasında mədəni və siyasi gərginliklər baş göstərmişdir.
Fransisko Franko dövründə Katalanlar başda olmaq üzrə bütün regional mədəniyyətlərə təzyiq siyasəti həyata keçirmişdir. İspan torpaqlarında İspan xaricindəki bütün dillərin danışılması qadağan edilmişdir. Bu dövrdə Barselona Katalan xalqının simvolu halına gəlmiş və Mes que un club (Bir klubdan daha çox) adıyla xatırlanmışdır. Diktatorluq dövründə Barselonanı dəstəkləmək Manuel Vaskez Montalbanın da söylədiyi kimi Katalan olduğunu göstərmənin ən diqqət çəkən yolu idi. Bu üsul anti-Franco hərəkətə qatılmadan diktatorluğun müxalifi olduğunu göstərmənin də bir yolu idi. Barselonanın müxalifəti işarələdiyi Daxili Savaş dövründə Real Madrid isə təzyiqçi mərkəziyyətçilik anlayışının və faşist rejimin bir simvolu olaraq görülmüşdür.
Hal-hazırda yalnız idman mənada sürən bu rəqabət futbolçu transferləri, kubok çempionluqlar, maliyyə gəlir kimi sahələrdə davam etməkdədir.
Kataloniyanın paytaxtı olan Barselonanı təmsil eliyən iki klub: Barselona və Espanyol. Bu derbinin prinsipiallıqı ondan ibarət idiki, iki klubda fərqli politik baxışları var. Barselona yalnız Kataloniyanı dəstəkləyir, Espanyol isə yalnız İspaniya hökumətini dəstəkləyir.
Hal hazırda Xavi Barselona tarixində ən çox oyun keçirmiş oyunçu titulunu əlində tutur — 767 bütün yarışlarda və 505 La Liqada, ikinci yerdə Lionel Messidir o 731 bütün yarışlarda və 485 oyun La Liqada keçirib. Ən çox qol vuran oyunçu isə Lionel Messidir, o 669 qol vuraraq Paulino Alkantaranın 87 illik 369 qolluq rekordunu qırdı. O, həmçinin Barselona tarixində 118 qolla Avropa, 123 beynəlxalq və 444 qola La Liqanın ən çox qol vurmuş oyunçudur.
Laszlo Kubala 1952-ci ildə Sportinq Xixona 7 qol vuraraq La Liqanın bir maçında ən çox qol vurmuş oyunçusudu. Lionel Messi isə 2012-ci ildə Çempionlar liqasında Bayer Leverkuzenə 5 qol vuraraq turnir tarixində bir maçtda ən çox qol vurmuş oyunçudur.
Barselona qapıçıları Zamora kubokunun rekord sayıda qazanıblar (20), Antoni Ramallets və Viktor Valdes hərəyə 5 dəfə, bununla yanaşı Valdes hər oyuna 0.832 qol buraxıb, buda La Liqa rekordu hesab olunur. və həmçinin, o Barselonada bütün yarışlarda bir qol buraxmadan 896 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilib. Klaudio Bravo isə La Liqa tarixində 754 dəqiqədə qol buraxmayaraq liqa rekordunun sahibidir.
Cek Qrinvell Barselonaya ən uzun müddət baş məşqçilik edib (1917–1924) və (1931–1933), Xosep Qvardiola isə klubun ən uğurlu baş məşqçisidir (4 ildə 14 kubok). Ən çox titul qazanmış Barselona oyunçusu 34 kubokla Lionel Messidir.
Barselonanın Kamp Nousu Avropadakı ən böyük stadiondur. 3 mart 1986-cı ildə Yuventusa qarşı keçirilən maçda 120.000 azarkeş ziyarət etdi. 1990-cı illərdə Kamp Nounun modernləşdirilməsi və bütün oturacaqların istifadəyə verilməsi, yaxın gələcəkdə rekordun qırılmayacağını bildirir, çünki stadionun hazırkı tutumu 99,354-dir.
2016-cı ildə Barselonanın La Masiyası, Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CIES) tərəfindən dünyada ən çox inkişaf edən akademiya istehsalçısı olaraq ikinci yerə layiq görüldü.
Emblem dörddə üç hissəyə bölünmüş "qazan" şəklindədir. Ən yaxşı ikisi Barselona şəhərinin bayrağını (yəni Müqəddəs Georgi Xaçı və Kataloniya bayrağı) əks etdirir. Aşağı hissədə 20-ci əsrin birinci yarısından göy-qırmızı zolaqlarının fonunda dəri topu var — klubun rəngləri. Gerbin yuxarı və aşağı hissələrini bir-birindən ayıran qızıl zolaqdakı qalxanın ortasında, FCB (Futbol Klubu Barselona) adının baş hərfləri göstərilir.
Klubun tarixi boyunca klubun embleminin bir neçə variantı var idi, lakin demək olar ki, həmişə eyni dizaynda idi — əsasən yeni kosmetik yeniliklər olunurdu. Beləliklə, yarandığı andan klub Barselona şəhərinin gerblərindən istifadə etdi və bununla da şəhər ilə sıx əlaqəni nümayiş etdirdi və yalnız 1910-cu ildə rəhbərlik öz gerbini yaratmaq məsələsini qaldırdı. Yarışmanı Karles Komamalan qazandı. Fransisko Frankonun hakimiyyəti illərində, FCB qisqartması CFB (Club de Futbol Barcelona) olaraq dəyişdirildi, dörd qırmızı çubuq, Kataloniya bayrağı olmayacağı niyyəti ilə, iki nəfərə görə dövlət sifarişi ilə dəyişdirildi.
Klubun emblemi, dizayner Serrahim Klar sayəsində 2002-ci ildə müasir bir görkəm aldı. Gerblərin konturları daha yumşaq formalar alırdı — alt tərəfdə, bir tridentin əvəzinə, bir ucu var idi, eyni şey tərəflərdə baş verdi. Klubun baş hərflərini ayıran nöqtələr də çıxarıldı və ixtisarların tərzi də dəyişdirildi.
Barselonanın formasında tarixi boyu heç bir şirkətin adı yazılmamışdı, lakin 2006-cı ildə 14 iyulda UNICEF ilə 5 illik müqavilə imzalandı ki, bu da yalnız xeyriyyəçilik məqsədi güdürdü. Bütün dünyada aclıq və yoxsulluğa qarşı mübarizə aparmaq üçün Barselona hər il öz gəlirindən həmin təşkilata müəyyən miqdarda pul ödəyir.
İllər | Forma istesalçısı | Əsas sponsor | Əlavə sponsor |
---|---|---|---|
1899–1982 | Yoxdu | Yoxdu | Yoxdu |
1982–1992 | Meyba | ||
1992–1998 | |||
1998–2006 | Nike | ||
2006–2011 | UNICEF | ||
2011–2013 | Qatar Foundation | UNICEF | |
2013–2014 | Qatar Airways | ||
2014–2017 | Beko & UNICEF | ||
2017–2021 | Rakuten | ||
2021–2022 | UNICEF | ||
2022– | Spotify |
Barselona əvvəlcə 6000 Kamp de la Industria da oynayırdı, ancaq getdikcə artan azarkeş sayısı, ona görə də 1922-ci ildə klub yeni 20000 Kamp de Les Korts inşa edildi. İspaniya Vətəndaş Müharibəsindən sonra klub daha çox üzvlər və daha çox sayda tamaşaçı cəlb etməyə başladı. Bu, bir neçə genişləndirmə layihəsinə səbəb oldu: 1944-cü ildə tribuna, 1946-cı ildə cənub stendində və nəhayət 1950-ci ildə şimal stendi, Kamp de Les Kortsun 60.000 tamaşaçı tutumuna qədər genişləndirdi. Tikinti tamamlandıqdan sonra Les Kortsda genişləndirmə üçün başqa yer yox idi. 1948 və 1949-cu illərdə La Liga arxa-arxaya gələn titular və 1950-ci ilin iyununda Loszlo Kubala imzalanması çoxlu yeni azarkeşlərin cəlbinə səbəb oldu.
Barselona hal hazırda ev oyunlarını Kamp Nouda keçiri. Stadionun rəsmi açılışı 1957-ci il Sentyabrın 24-də keçirilib. Yalnız 1957-ci ildə stadion Kamp Nou deyil, Estadi del FC Barcelona adlanırdı, lakin 2000-ci ildə stadionun adı dəyişdirələq Kamp Nou adını aldı. Kamp Nou — Avropanın ən çox tamaşaçı tutumuna malik stadiondur — 99,354.
Kamp Nou bir neçə dəfə yenidən tikilmişdir. İlk dəfə bu 1981-ci ildə, 1982-ci ildə keçiriləcək olan 1982 Dünya Çempionatına görə genişlənərək tamaşaçı tutumu 120 000 qədər artırılmışdır. İkinci dəfə isə 1998-ci ildə UEFA yeni qərarı, yəni bütün yerlər oturacaqla olmalıdı. Kamp Nou adı katalon dilindən tərcümədə yeni torpaq deməkdir.
Kamp Nou – avropanın nadir stadionlarından biri di ki, UEFA onu beş ulduzla qiymətləndirib.
2010-cu ildə Forbes jurnalı Barselonanın dəyərini bir milyard dollar olaraq qiymətləndirərək, onu Mançester Yunayted, Real Madrid və Arsenaldan sonra dördüncü yerdə yerləşdirdi.[18][19] Deloitte reytinqinə əsasən, klubun 2012/13 mövsümündə gəliri 482,6 milyon təşkil edib, eyni dövrdə gəliri 518,9 milyon avro olan Real Madriddən bir qədər geri qalır[20]. 2013-cü ildə Forbes, Barselonanın dəyərini 2,6 milyard dollar təşkil etməklə, Real Madrid və Mançester Yunayteddən sonra Barca-nı dəyər baxımından üçüncü sırada tutdu. 2010-cu ildə klub Qətərin Qatar Sports Investment şirkəti ilə 165 milyon avro dəyərində 5 illik müqavilə imzaladı və ilk dəfə olaraq futbolçuların formalarına şirkətin loqosunu yerləşdirdi. Həmçinin, televiziya yayımları ildə təxminən 255 milyon dollar gəlir gətirdi.
Klubun ortaq sahibləri səhmdarlar və ya xarici oliqarxlar deyil, 2010-cu ildə sayı 170 min olan onun bütün üzvləridir (socis, katalan dilində “tərəfdaşlar” deməkdir)[21].
2010-cu ildə Deloitte Barselonanın maliyyə vəziyyətinin auditini aparıb. Klubun borcları 442 milyon avro, ötən mövsüm itkiləri isə 77 milyon təşkil edib ki, bu da klubun dəyərinin 58%-ni təşkil edib[22][23]. Yoxlama klubun yeni rəhbərliyinin tapşırığı ilə həyata keçirilib. 2011-ci ildə Barselonanın ümumi borcu təqribən 483 milyon avro, xalis borcu isə 364 milyon avro olmuşdur[24]. “Sporting Intelligence” nəşri dünyanın müxtəlif idman növləri üzrə 14 top klubunun maliyyə hesabatlarının təhlilinə əsaslanaraq belə nəticəyə gəlib ki, orta hesabla “Barselona”nın futbolçuları ən yüksək maaşı — ildə 8,1 milyon avro alır[25].
Deloitte-in hesabatına görə, 2022-ci ilin əvvəlinə kimi "Barselona"nın 1,173 milyard avro borcu və 481 milyon avro itkisi var idi ki, bu da digər top-klublarla müqayisədə 40 faiz daha yüksək maaşla bağlıdır. Həmçinin araşdırma zamanı şübhəli maliyyə əməliyyatları müəyyən edilib ki, nəticədə Kroll məhkəmə-tibbi ekspertizasının keçirilməsinə həvalə edilib[26].
Qeyd: Bayraqlar FİFA qaydalarına əsasən mənsub olduğu milli komandanın ölkəsini bildirir. Oyunçular birdən artıq ölkənin vətəndaşlığını daşıya bilərlər.
|
|
Qeyd: Bayraqlar FİFA qaydalarına əsasən mənsub olduğu milli komandanın ölkəsini bildirir. Oyunçular birdən artıq ölkənin vətandaşlığını daşıya bilərlər.
|
|
Tip | Turnir | Titul sayi | Sezon |
---|---|---|---|
Ölkədaxili | La Liqa | 27 | 1929, 1944–45, 1947–48, 1948–49, 1951–52, 1952–53, 1958–59, 1959–60, 1973–74, 1984–85, 1990–91, 1991–92, 1992–93, 1993–94, 1997–98, 1998–99, 2004–05, 2005–06, 2008–09, 2009–10, 2010–11, 2012–13, 2014–15, 2015–16, 2017–18, 2018–19, 2022-23 |
Kral Kuboku | 31 | 1909–10, 1911–12, 1912–13, 1919–20, 1921–22, 1924–25, 1925–26, 1927–28, 1941–42, 1950–51, 1951–52, 1952–53, 1956–57, 1958–59, 1962–63, 1967–68, 1970–71, 1977–78, 1980–81, 1982–83, 1987–88, 1989–90, 1996–97, 1997–98, 2008–09, 2011–12, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2021–22 | |
İspaniya Superkuboku | 13 | 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013, 2016, 2018 | |
Liqa Kuboku | 2 | 1983, 1986 | |
Avropa | UEFA Çempionlar Liqası | 5 | 1991–1992, 2005–2006, 2008–2009, 2010–2011, 2014–2015 |
UEFA Kuboklar Kuboku | 4 | 1978–79, 1981–82, 1988–89, 1996–97 | |
UEFA Superkuboku | 5B | 1992, 1997, 2009, 2011, 2015 | |
Beynəlxalq | FİFA Klublararası Dünya Kuboku | 3 | 2009, 2011, 2015 |
Vəzifə | Adı |
---|---|
Prezident | Xuan Laporta |
İdman müdiri | Rafael Yuste |
Futbol üzrə müdir | Mateu Alemani |
Beynəlxalq şöbə müdiri | Yordi Kroyf |
İspaniya üzrə skaut müdiri Gənclərin skaut müdiri |
Xose Mari Bakero |
Barselona B baş məşqçisi | Serxi Barxuan |
Gənclər şöbəsinin müdiri | Xose Ramon Alexanko |
Futbol strategiyasının müdiri | Pako Seirul·lo |
Gənclərin futbol koordinatorları | Albert Kapellas Zigor Alesanko Toni Hernandez |
Vəzifə | Adı |
---|---|
Baş məşqçi | Hans Flik |
Köməkçi məşqçilər | Oscar Hernandez Serxio Alegre |
Qapıçılar üzrə məşqçi | Xose Ramon de la Fuente |
Fitnes məşqçisi | İvan Torres |
Analitiklər | Serxio Qarsiya Toni Lobo David Prats |
Fiziki hazırlıq üzrə məşqçi | Xuanxo Brau Xavi Linde Xavi Lopez Xavyer Elain Xordi Mesalles Sebas Salas Daniel Benito |
Klub həkimləri | Rikard Pruna Xavyer Yanguas Daniel Florit |
Təmsilçi | Karles Naval |