Avropa bizonu

Zubr[3] və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü.

Zubr
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Zubr
Beynəlxalq elmi adı

XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi.[4] Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür.[5][6]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır. İldə bir buzov doğur. Zubr qışda söyüd, qovaq və s. ağacların qabığını, həmçinin ağac və kolların zoğtumurcuqlarını, yayda isə ot və yarpaq yeyir. Sürü ilə yaşayır.

Tarixi dövr ərzində zubr Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılmışdır. XX əsrədək vəhşi zubrlar yalnız Rusiyada 2 yarımnövü — Belovejskaya puşşada (100 baş təmizqanlı dağ kəli) düzənlik, Belovejsk zubru və Şimal-Qərbi Qafqazın dağ meşələrində dağ, Qafqaz zubru qalmışdı. Qafqaz zubrunun erkəyi ilə Belovejsk zubrunun dişisindən Qafqaz—Belovejsk zubru alınmışdır. Zubrların sayını bərpa etmək məqsədi ilə xüsusi məntəqələr yaradılmışdır. 25 ölkədə, o çümlədən ABŞ və Kanadada yetişdirilir. Rusiyada Okaboyu-Terras və Oka (Rusiya Federasiyasının Ryazan vilayəti) qoruqlarında, Polşada zubr yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi zubrların yeni sürüləri yaradılmışdır.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 719. ISBN 978-9952-523-37-9. zubr
  4. Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), Bakı, 1909, Зубръ — داغ كلى — даг-кели (s.123)
  5. Weissenborn, W. "On the Influence of Man in modifying the Zoological Featurs of the Globe; with Statistical Accounts respecting a few of the more important Species". The Magazine of Natural History. 2. 1838.
  6. Wilson, James. "Essay III: On the origin and natural history of the domestic ox, and its allied species". Journal of Agriculture. 2. 1831.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]