Avstraliya şirinsu timsahı

Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir.

Avstraliya şirinsu timsahı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Avstraliya şirinsu timsahı
Beynəlxalq elmi adı

Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil[3]. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir. Sifəti qeyri-adi dərəcədə ensizdir. Ağzında kəskin dişlər vardır. Dişlərin sayı 68–72-dir. Pulcuqları olduqca böyükdür, pəncələrin böyür nahiyyəsində pulcuqların forması yumrudur.

Bütün dar boyunlu timsahlar kimi, bu növün də pəhrizinin əsası balıqlar təşkil edir. Əlavə olaraq yetkinlər suda-quruda yaşayanlar, quşlar, kiçik sürünənlər və məməlilərlə qidalana bilirlər. Ümumiyyətlə timsah oturaq vəziyyətdə ovun kifayət qədər yaxınlaşmasını gözləyir sonra başın sürətli bir hərəkəti ilə şikarı tutur. Quru fəsildə qida çatışmazlığı və aşağı temperatur səbəbindən fəaliyyəti əhəmiyyətli dərəcədə azalır. Şirin su timsahı insanlar üçün zərərsiz hesab olunur. Təhlükə vəziyyətində dişləyə bilsə də, çənəsi ümumiyyətlə yetkin insana ölümcül ziyan vuracaq qədər güclü deyil.

Yumurtalar iyul-sentyabr aylarında çayda suyun səviyyəsinin kəskin aşağı düşdüyü zaman cütləşdikdən 6 həftə sonra qoyulur. Tədqiqat nəticələrinə görə eyni populyasiyanın dişiləri eyni üç həftəlik dövrdə yumurta qoyur. Çay sahillərində tez-tez bir-birlərinə çox yaxın olan dəliklər qazırlır və 12–20 sm dərinlikdə yumurta qoyurlur. Bir dişi 4 ilə 20 yumurta qoyur. İnkubasiya dövrü, inkubasiya şərtlərindən asılı olaraq 65 ilə 95 gün arasındadır (ümumiyyətlə təxminən 75 ilə 85 gün arasında). Təxminən 32 °C temperaturda inkubasiya baş tutur. Erkəklər bundan 2 dərəcə yuxarı, dişilər isə altı dərəcə aşağı olduqda meydana gəlir.

Yuvaların təxminən 2/3 hissəsini varanlar, Avstraliya qarğaları və vəhşi donuzlar məhv edir. Bu valideynlərin yuvaları qorumasız buraxdığı vaxt baş verir. Bəzi illərdə yağış mövsümü çox erkən gəlir və nəticədə bütün yuvalar su altında qalır. Bəzən timsahlar valideynlərinin köməyi olmadan suya çıxa bilir. Erkəklər daraqlı timsah müşahidə edildiyi müddətə qədər nəslini qoruyur.

Avstraliya şirinsu timsahı Avstraliyanın şimal bölgələrində yaşayır: Qərbi Avstraliya, KvinslendŞimal Ərazisi. Şirin su obyektlərinə — çaylara, göllərə və bataqlıqlara üstünlük verirlər. Əsas təbii düşməninin — daraqlı timsahın sayının azaldığı illərdə, sahilə yaxın çay mənsəblərində görülür. Çayların yuxarı axınlarında daha kiçik (1,5 m-dən çox olmayan) tünd rəngli bir şirin su timsahı var, lakin bu populyasiya ayrı bir yarımnöv əmələ gətirmir.

Növlərin ümumi sayı nisbətən sabitdir və 50–100 min fərd təşkil edir. 1950–1960-cı illərdə şirin su timsahı dərisi üçün ovlanmışdır, lakin qısa müddətdə bu növü qorumaq üçün tədbirlər görülmüşdür. İndi dəri üçün kiçik fermalarda timsahlar yetişdirilir. Növlər üçün əsas təhlükə yaşayış mühitinin azalmasıdır. 1970-ci illərdən bəri şirin su timsahlarının araşdırılması və sayını izləmək üçün proqramlar var.

Dünyanın ən yaşlı timsahı Avstraliya zooparkında yaşayan Cənab Freşi adlı bir (ing. Mr Freshy) timsahdır. Yaşının təqribən 134 il olduğu təxmin edilir. İddialara görə bu timsah 100 il Keyp-York yarımadasındakı Murxed çayında yaşamışdır. Dominant erkək olan canlı olmuşdur. Yerli qəbilə üçün müqəddəs bir heyvan sayılmışdır. 1970-ci ildə Bob İrvin və Stiv İrvin timsahı iki dəfə vuran ovçulardan qurtarır. Güllə atəşinə məruz qalan timsah sağ gözünü itirir. Bundan sonra cənab Freşi Avstraliya Zooparkına yerləşdirilir. Avstraliya zooparkının veb saytında cənab Freşinin "doğum tarixi" 01 yanvar 1875-ci il olaraq göstərilmişdir. Ancaq bu tarix təbiətdəki Avstraliya şirinsu timsahı nəslinin çıxma vaxtı ilə üst-üstə düşmür (iyul-sentyabr ayları aralığında yumurta qoyur, inkubasiya müddəti 65 ilə 95 gün arasındadır), buna görə də cənab Freşin göstərilən yaşı şübhəlidir.

Digər mənbələr Avstraliya şirinsu timsahının qapalı vəziyyətdə olan maksimum ömrü 20 il qiymətləndirilir[4].

  1. Integrated Taxonomic Information System (ing.). 1997.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Britton, Adam. "Crocodylus johnstoni ". Florida Museum of Natural History. 17 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2009.
  4. "AnAge: The Animal Ageing and Longevity Database. Crocodylus johnstoni". 2007-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]