Avstraliya Milli Kitabxanası (ing. National Library of Australia) — Avstraliyadakı ən böyük istinad kitabxanasıdır və Milli Kitabxana Aktının şərtləri altında “Avstraliya və Avstraliya xalqını əhatə edən kütləvi materialların geniş kolleksiyası daxil olmaqla kitabxana materiallarının milli kolleksiyasının saxlanılmasını və inkişaf etdirilməsini” təmin edir. 2012-2013-cü illərdə Milli Kitabxana 6496772 ədəd materialı və əlavə 1556 metr əlyazmaları özündə ehtiva edir.[2]
Avstraliya Milli Kitabxanası | |
---|---|
National Library of Australia | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Avstraliya |
Yaradılıb | 23 mart 1961 |
Ünvan | Parkes Pl W, Canberra ACT 2600[1] |
Digər məlumatlar | |
ISIL kodu | OCLC-AUT, AU-ANL |
Sayt | nla.gov.au |
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliya Milli Kitabxanası rəsmi olaraq 1960-cı ildə tərtib edilən Milli Kitabxana Aktının bəndlərinə əsasən yaradılsa da, qurulduğu gündən etibarən Parlament Kitabxanası kimi deyil, bir milli kitabxana kimi fəaliyyət göstərmişdi.
Kitabxananın hazırkı binası 1968-ci ildə açılmışdır. Binanın arxitekturası Bönninq və Medden memarlıq firması tərəfindən hazırlanmışdır. Binanın foyesi mərmərlə bəzədilmişdir.[3]
2012-2013-cü illərdə kitabxananın fondunda 6496772 materialın olduğu qeydə alınmışdır, əlavə olaraq 2352900 əlyazma kolleksiyası da mövcuddur. Avstraliya kitabxanasının fondu Avstraliya mədəni irsinin qeyd olunduğu materialların vahid qaynağına çevrilmişdir. Avstraliya yazıçıları, redaktorları və rəssamlarının Avstraliyada və ya xaricdə nəşr olunan əsərləri aktiv olaraq axtarılır və tədqiq olunur.
Kitabxananın fonduna kitablar, jurnallar, veb saytlar və əlyazmaların şəkillər, fotoşəkillər, xəritələr, musiqi faylları və ya şifahi tarixi yazılar, əlyazma sənədləri və efemeralar daxildir.[4]
Kitabxana fondunun təxminən 92.1-i kataloqlaşdırılmışdır[2] və onlayn kataloqlar vasitəsilə də əldə edilə bilər.[5]
Kitabxana öz fondunda 174000-dən çox elementləri rəqəmsallaşdırılmışdır[6] və mümkün olduğu təqdirdə bunları internet üzərindən birbaşa əldə etmək olur. Kitabxana rəqəmsal mühafizə texnikasında dünya üzrə liderdir[7] və Pandora Arxivi adlandırılan seçiliş Avstraliya veb saytlarının internetə aid arxivini saxlayır.
Kitabxananın fondunda avstraliyalıların özlərinə mənsub olan, avstraliyalılar üçün yazılmış və ya Avstraliya ilə bağlı olan istənilən formatda materiallar saxlanılır. Bu materiallara sadəcə bədii əsərləri, seriallar, qəzetlər, xəritələr, plakatlar, musiqi və çap olunmuş efemeralar deyil, həmçinin, əlyazmalar, şəkillər və tarixi sənədlər kimi onlayn və ya nəşr olunmamış materiallar da daxildir. Avstraliyaya aid olan əsas kolleksiya Con Ferqusonundur.[8] Kitabxanada rəqs də daxil olmaqla, ifaçılıq sənəti ilə bağlı əsərlər mövcuddur.
Kitabxanada Asiya və Pasifik bölgəsinin klassikləri ilə yanaşı xarici ölkələrin ədəbiyyatlarının nadir nümunələrini də tapmaq olar. Çap kolleksiyası yenilənmiş mikroformalı holdinqlər tərəfindən mühafizə olunur.
Kitabxana həmçinin Milli Mühafizə olunan Brayl Əlifbası Fondunu da özündə saxlayır.
Kitabxana Avstraliyada Asiya ilə bağlı ən böyük və ən aktiv tədqiqat resurslarını və Cənub yarımkürəsində ən böyük Asiya dilləri kolleksiyasını özündə cəmləşdirir. Belə ki, bu fondda yarım milyondan çox kitab və ya jurnal, eləcə də onlayn və elektron resurslar mövcuddur. Kitabxanada Asiya ölkələri ilə bağlı qərb dillərində olan mteriallar və aşağıdakı bütün Asiya dillərində resurslar saxlanılır: Birman, çin, fars, indoneziya, yapon, kxmer, koreya, laos, mancur, monqol, tay, timor və vyetnam dillərində.