Avstraliya dəniz şiri, və ya Ağpapaqlı dəniz şiri (lat. Neophoca cinerea) — Qulaqlı suiti fəsiləsinin aid, Avstraliyanın cənub və qərb sahillərində yayayan növ.
Avstraliya dəniz şiri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Avstraliya dəniz şiri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu növün erkəkləri 2,5 metr uzunluğa və 300 kq çəkiyə malik olurlar. Dişiləri isə 1,8 m uzunluğa və 100 kq çəkiyə malik olur. Bu növün fərdləri bir-birindən kəskin fərqlənir: Erkəklər tünd-qəhvəyi, dişilərdə isə üzəri gümüşü-boz və ya açıq qəhvəyi olur. Dişilərin aşağı hissələri nisbətən açıq rəngdə olur.
Bu növün koloniyalarına Avstraliyanın cənub və sərb sahillərində rast gəlinir. Bəzən onlar sahilə yaxın kiçik adalarda da yaşayırlar. XIX əsrdə onların yaşadığı areal Tasmaniya və Yeni Cənubi Uels ərazilərinidə təşkil edirdi. Avstraliya dəniz şiri heç vaxt bir yerdən başqa yerə miqrasiya etmir (hətta çütləşmə dönəmində). Onlara nadir hallarda sahildən 300 km aralıda müşahidə edilir.
Avstraliya dəniz şiri Qulaqlı suitilərin digər növləri kimi çütləşmə dönəmində özlərini başqa cür aparırlar. Erkəklər dişiyə sahiblənmək üçün ən yaxşı ərazi uğrunda bir-biri ilə buruşurlar. Ən zəif erkəklər koloniyanın uçqar ərazilərinə çəkilməli olurlar. Koloniyada daim sakitçilik höküm sürür. Cavan erkəklər qüçlü və qoçaman erkəklərin diqqətsizliyindən istifadə edərək dişilərə sahiblənməyə çalışırlar. Avstraliya dəniz şiri digər növlərə nisbətən daha aqrissiv olurlar (bu baxımından Cənub dəniz şirinidə ötürlər).
Avstraliya sahillərində yaşayan Kap dəniz pişiyi və Yeni Zelandiya dəniz pişiyi kimi suitilərinə nisbətdə Avstraliya dəniz şiri az rast gəlinən növdür. Onların ümumi sayı 12-min baş təşkil edir. Onların sayının əvvəlki dövrlərə nisbətən çox olmasına baxmayaraq yayılma arealı baxımından azalma müşahidə edilir.