Cənub dəniz şiri (lat. Otaria flavescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin cənub dəniz şiri cinsinə aid heyvan növü.
Cənub dəniz şiri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Klad: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Cənub dəniz şiri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Erkəkləri 2,5 m uzunluğa və 300 kq malik olurlar. Bədənlərinin yuxarı hissələri tünd-qəhvəyi, bədəninin sinə və aşağı hissələri isə sarı-qəhvəyi rəngdə olur. Dişiləri 2 m uzunluğa, 140 kq çəkiyə malik olurlar. Bədən rəngi açıq qəhvəyi olur və tez-tez nizamsız formaya malik ləkələr müşahidə edilir.
Cənub dəniz şirləri Sakit okeanın Cənubi Amerika sahillərində, Peru, Çili sahil xətdi boyunca Odlu Torpaq arxipelaqına qədər olan ərzilərdə yaşayır. Atlantik okeannın Braziliya sahilləri və Folklend adaları boyunça geniş ərazidə yayılmışdır. Bəzən onlara Qalapaqos adaları və Braziliyanın uzaq adalarında rast gəlinir. Ancaq onlar koloniyalardan uzaqda yaşamağı xoşlamırlar.
Çütləşmə dövrü onlar sahilə üz tuturlar. Erkəklər dişilərə sahib olmaq üçün öz aralarında dalaşırlar. Döyüşlər koloniyadan nisbətən uzaqda baş verir. Erkəklər bir-birini dişləməyə calışır. Bəzən onlar bir-birlərinə ağır zərbələr vururlar. Qalib erkəyə koloniyanın mərkəzində bəzən 18 dişidən ibarət bir hərəmxanaya sahib olur. Oralama isə bir erkəyə üç dişi düşür. Sahilə çıxan koloniyanın çütləşməsi zamanı onlar 2-3 ay orada qalır. Bu müddətdə isə erkən sahili tərk etmir, demək olar ki yemir və yatmır. Hamiləlik dövrü 350 gün davam edir. Dişi dünyaya bir bala verir. Doğuş sahildə baş verir. Bir müddət sonra isə dişi növbəti cüttləməyə hazır olur.